Qırmızı.az
AZAL biletlərin qiymətlərini endirdi
"Azərbaycan Hava Yolları" (AZAL) 2016-cı il fevralın 1-dən etibarən Azərbaycanın hava limanlarından olan uçuşlarda aviabilet qiymətlərinin formalaşdırılmasında tam yeni siyasətini tətbiq edəcək.
AZAL-dan Publika.az-a verilən məlumata görə, yeni konsepsiya çərçivəsində "Azərbaycan Hava Yolları"-nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq yanvarın 15-dən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.
“Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412-598-88-80 və ya *8880) məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.
Baqajın (23 kq-a qədər) uçuşdan ən azı 12 saat əvvəl qeydiyyatı 20 avro təşkil edəcək. Yükün göstərilən vaxtdan gec qeydiyyatı həmin qiymətdən 5 avro baha olacaq.
Budget tarifi üzrə istiqamətlərin qiymətləri
|
İstiqamət |
Bir tərəfə aviabiletin son qiyməti (avro ilə) |
|
Tbilisi |
69 |
|
Tehran |
79 |
|
Aktau |
79 |
|
Mineralnıye Vodı |
79 |
|
Moskva ("Vnukovo") |
89 |
|
Moskva ("Domodedovo") |
89 |
|
İstanbul ("Sabiha Gökçen") |
89 |
|
Alanya |
89 |
|
İstanbul ("Atatürk") |
99 |
|
Antalya |
99 |
|
Dubay |
99 |
|
Kazan |
99 |
|
Ankara |
109 |
|
Kiyev |
109 |
|
Minsk |
119 |
|
Sankt-Peterburq |
129 |
|
Lvov |
139 |
Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq. “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. “Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.
Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) reqlamentinə əsasən, qlobal bron sistemləri vasitəsilə bron edilən Azərbaycanın bütün beynəlxalq sərnişin aviadaşımalarının qiymətləri vahid Avropa valyutası olan avro ilə formalaşır. Bu qarşılıqlı hesablaşma qaydası İATA-nın Avropa zonasının digər ölkələrində də tətbiq olunur.
Bütün tariflər üzrə reyslər çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək olar.
Bundan əlavə, "Azərbaycan Hava Yolları" aşağıdakı marşrutlar üzrə uçuşlara yeni qış aksiyası barədə elan edir:
|
Marşrut |
Aviabiletin son qiyməti |
|
Bakı - Paris - Bakı |
349 EUR |
|
Bakı - Milan - Bakı |
329 EUR |
|
Bakı - Nyu-York - Bakı |
499 EUR |
|
Nyu-York - Bakı - Nyu-York |
549 USD |
|
Bakı - Praqa - Bakı |
329 EUR |
|
Praqa - Bakı - Praqa |
359 USD |
|
Bakı - Tel-Əviv - Bakı |
299 EUR |
|
Tel-Əviv - Bakı - Tel-Əviv |
329 USD |
|
Bakı - London - Bakı |
329 EUR |
Bu aksiya çərçivəsində bilet satışı yanvarın 11-dən başlayacaq və martın 5-nə kimi davam edəcək, uçuş tarixi yanvarın 11-dən martın 6-na kimidir.
Aviabiletlərin qiymətinin aşağı salınması məsələsi bundan sonra da AZAL-ın gündəliyində olacaq. Sərnişinlərə maksimum əlverişli şərtlər təqdim etmək aviaşirkət üçün prioritet təşkil edir.
-
Sağlamlıq15:59Bu qidalar dəridə tünd ləkələrə səbəb olurmuş
-
ABŞ15:49Kanadanın Baş naziri ABŞ əleyhinə elə sözlər dedi ki...
-
İdman15:40İslam Maxaçevi qarət etdilər - Fotolar
-
Sosial14:23Alyona Əliyevadan Pasxa bayramı ilə bağlı paylaşım - Foto
-
Yaxın Şərq14:16"Al Jazeera": Livana hücum nəticəsində 24 nəfər öldü
-
Magazin213:40Serialda tərəf müqabili idilər, real həyatda evləndilər - Fotolar
-
Magazin113:17Əməkdar artist: "Ona dedim ki, siz mənim yaşamaq ümidimi əlimdən alırsınız"
-
Ekologiya13:09Sabaha olan hava proqnozu açıqlandı









.png)
























