ABŞ
Kanadanın Baş naziri ABŞ əleyhinə elə sözlər dedi ki...
Kanadanın ABŞ-dən olan çoxillik hərbi və iqtisadi asılılığına son qoyulacaq.
Publika.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Liberal Partiyasının Monrealda keçirilən qurultayında çıxışı zamanı bildirib.
O çıxışında Kanadanın müdafiə sənayesi və satınalmalar sahəsində milli suverenliyini bərpa etməli olduğunu vurğulayıb:
"Əvvəllər gücümüz ABŞ ilə yaxın əlaqələrimizə əsaslanırdı. İndi bu bağlar bizim zəifliyimizə çevrilib. Artıq özümüzə baxmalıyıq. Ordumuzun xərclədiyi hər 1 dolların 70 sentinin Amerika Birləşmiş Ştatlarına göndərildiyi günlər sona çatdı."
Baş nazir bildirib ki, Kanada xalqı rəsmi qərarları gözləmədən artıq iqtisadi müqavimətə başlayıb:
"Hər şey səssizcə başladı. İnsanların Kaliforniya şərabı yerinə Okanaqan (Okanagan) şərabına üstünlük verməsi ilə... Yaxın vaxtlarda kimsə Amerika viskisi içib? İnsanlar Floridaya getmək əvəzinə, ailələr Şahzadə Eduard Adasında (Prince Edward Island) tətil edirlər. Kanadalılar Kanadanı yenidən kəşf edirlər."
Karni vurğulayıb ki, Kanada bundan sonra öz sənayesinə arxalanacaq:
"Biz Kanadanı öz poladımız, öz alüminiumumuz, öz taxta-şalbanımız və öz işçilərimizlə yenidən quracağıq."
Qeyd edək ki, Baş nazir Mark Karninin bu çıxışı ABŞ Prezidenti Donald Tramp tərəfindən Kanadaya tətbiq edilən yeni ticarət tarifləri və Vaşinqtonla yaranan diplomatik gərginlik fonunda baş tutub. Kanada hökuməti bu addımı "Müdafiə Sənayesi Strategiyası"nın tərkib hissəsi kimi qiymətləndirir və daxili müqavilələrin payını 70%-ə qədər artırmağı planlaşdırır.
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto














.jpg)
.jpg)



















