Qırmızı.az
Azərbaycanda rektor işə metroyla gedib-gəlir
Moderator.az-da az əvvəl təhsil eksperti Etibar Əliyevin Bakıda universitet rektorunun metrodan istifadə etməsi ilə bağlı yazısı getmişdi. E.Əliyev bu barədə məlumat versə də, rektorun kimliyini açıqlamamışdı. Necə deyərlər, oxu atıb, yayı gizlətmişdi. Ancaq, axtarış aparmaq üçün bir ip ucu vermişdi, rektorun və ya universitetin adını bildirməsə də, onun vəzifəyə yeni təyin olunanlardan biri olduğunu qeyd etmişdi.
Oxucularımızın marağını və həmin rektorun adını öyrənmək istəmələrindən yola çıxaraq, Etibar Əliyevin sirr saxladığı rektorun kimliyini müəyyən etdik. Öyrəndik ki, həmin şəxs Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlıdır.
Məlumatı dəqiqləşdirmək üçün rektorun özü ilə əlaqə saxlayıb “Metroda tez-tez görünən rektor sizsinizmi” sualını ünvanladıq. Rektor sualımızı təbəssümlə qarşılayıb elə sualla da cavablandırdı: “Metroda tez-tez görünmək, ümumiyyətlə metrodan istifadə etmək qəbahətdirmi?”.
Mustafa Babanlının bu cavabından, daha doğrusu sualından əmin olduq ki, əldə etdiyimiz məlumat doğrudur. Rektorla danışmışkən bir neçə sual daha verdik. Soruşduq ki, olmaya xidməti maşınını satıb, yoxsa universitetin ətrafı tıxac olduğundan metrodan istifadə edir, metroda tələbələri ilə rastlaşırmı, bu zaman ona daha çox hansı sualları verirlər.
Rektor hazırda ölkədən kənarda olsa da, suallarımızı çox səmimi şəkildə cavablandırdı. Bildirdi ki, sürücünün işi çıxanda və ya tıxac probleminə görə tez-tez metrodan istifadə edir və burda qəbahət hesab ediləcək nəsə görmür:
“Sürücü də insandır, onun da hər hansı bir işi çıxa bilər. Yaxud da yollarda tıxac olanda tələsdiyim məkana gecikə bilərəm. Buna görə də ən tez başa gələn və rahat nəqliyyat vasitəsi olan metrodan istifadə edirəm. Tələbələrimlə metroda tez-tez qarşılaşırıq. Dəfələrlə maraqlı hadisələr də yaşanıb. Onlar məni metroda, qatarda görəndə çox təəccüblənirlər. Amma çox sual vermirlər, daha çox yaxınlaşıb şəkil çəkdirmək istədiklərini bildirilər. Və yaxud da hansı məsələ, problem barədə soruşurlar və mən də onlara istiqamət verirəm.
Məndən Moskva Dövlət Universitetinin sabiq rektoru akademik Anatoli Loqunov kimi işə gəlmək üçün velosipeddən də istifadə edərsinizmi deyə soruşurlar. Cavab verirəm ki, velosipeddən istifadə etsəm yəqin ki, birmənalı qarşılanmaram. Həm də velosipedə bir o qədər marağım yoxdur. Ancaq metrodan, ictimai nəqliyyatdan istifadə etmək, insanların arasında olmaq, onlarla ünsiyyət qurmaq mənim üçün çox xoşdur”.
-
Sosial07:17
Bu gün yağış yağacaq, güclü külək əsəcək - PROQNOZ
-
Magazin206:16
Cennifer Lopezin adı məşhur qalmaqalda HALLANDI
-
MDB04:44
Putin anasının əsas kumirinin adını AÇIQLADI
-
Magazin101:41
Razi yeni doğulan oğlunu göstərdi - VİDEO
-
Sosial01:30
Azərbaycanda kərə yağı YENƏ BAHALAŞDI
-
İdman00:30
Messi 504 milyonluq səhifəsində Azərbaycanla bağlı PAYLAŞIM ETDİ - VİDEO
-
Mistika00:15
Günün ULDUZ FALI - Böyük uğurlar qazana biləcəksiniz
-
İKT12 Dekabr 23:48
İnternetdə "iPhone 17" korpusunun ilk real FOTOSU YAYILDI