Qırmızı.az
Yer üzünə cəhənnəm gəlir: Müharibələrdən daha DƏHŞƏTLİ - VİDEO
Bu il bütün Yaxın Şərq ölkələrində temperatur rekordlarının qırıldığı bir yay fəsli müşahidə edilir.
Publika.az xəbər verir ki, ABŞ-ın “Vaşinqton Post” nəşri hava temperaturlarının “vəhşi” səviyyələrə çatdığını yazıb.
Nəşrin yazdığına görə, Yaxın Şərqi yandıran istilər qarşıdakı illərdə daha da yüksələcək. Bu il İran və Birləşmiş Ərəb Əmirliklərində temperatur 50 dərəcənin üzərində ölçülüb. İyulda İran və Birləşmiş Ərəb Əmirliklərinin bəzi bölgələrində temperatur hətta 60 dərəcəyə yaxınlaşıb. Səudiyyə Ərəbistanının Ciddə şəhərində bu günə qədər ən yüksək temperatur - 52 dərəcə qeydə alınıb. Bunun qlobal istiləşmənin açılış pərdəsi ola biləcəyi deyilir.
Mərakeşdən İsrail və Səudiyyə Ərəbistanına qədər bütün Yaxın Şərq ölkələrində temperatur rekordları qırılır. İqlim ekspertlərinə görə, bölgənin hazırda yarım milyarda çatan və daim artmaqda olan əhalisi növbəti onilliklərdə öldürücü istilər və dəhşətli su qıtlığı ilə qarşılaşacaq.
Mərakeşin cənubunda mülayim iqlimə baxmayaraq termometrlər 47 dərəcəni göstərib. İyulun 21-22-də İraqın Bəsrə şəhəri və Küveytin Mitribah şəhərində temperatur 54 dərəcəyə çataraq Şərq yarımkürəsində bu günə kimi ən yüksək temperatur olaraq qeydlərə keçib.
Elektrik enerjisinin gündəlik 12 saat kəsildiyi və bu müddətdə kondisonerlərin işləmədiyi İraqda vəziyyət xüsusilə acınacaqlıdır.
BMT-nin İnkişaf Proqramının ərəb bölməsinin rəhbəri Adel Abdellatifin fikrincə, iqlim dəyişikliyi üzündən daha böyük qarşıdurmalar və yeni qaçqın böhranları baş verəcək.
“İqlim dəyişikliyi bölgənin tarixində ən böyük problem halına gələcək”, - o, deyib.
Ömər Dağlı
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı










.jpg)




















.jpg)




