Qırmızı.az
"AST Telman"la bağlı məhkəmə qərarı
Çerkizov bazarının keçmiş sahibi, AST Şirkətlər Qrupunun təsisçisi, biznesmen Telman İsmayılovun müflisləşməsi haqda vətəndaş Boris Zubkovun təqdim etdiyi ərizə ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsində proses keçirilib.
Publika.az xəbər verir ki, Ali Məhkəmə əvvəlki məhkəmə instansiyalarının qərarını qüvvədə saxlayıb. T.İsmayılovun kassasiya şikayəti rədd edilib.
Xatırladaq ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi Boris Zubkovun ərizəsi əsasında T.İsmayılovu müflis elan etmiş və onun əmlakının satışı proseduruna başlamışdı.
Lakin 2016-cı ilin mart ayında Doqquzuncu Arbitraj Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etmişdi. Məhkəmə Zubkovun İsmayılova 15 milyon rubl pul verməsi iddiasını sübuta yetirilməmiş hesab etmiş və müvafiq olaraq, müflis elan olunma tələbinə gətirib çıxaran borclanma hadisəsinin baş vermədiyi qərarına gəlmişdi.
-
Rəsmi xronika14:43İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - VİDEO
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
-
Dünya12:26Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü
-
Avropa11:38Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
-
Nida Xəbər 11:08Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO
-
Sosial09:13WUF13: Mətbuat konfransı keçirilir - CANLI
-
Dünya08:36Çində güclü zəlzələ - 7 mindən çox insan təxliyə edildi, itkin düşənlər var
































.jpg)


