Ziya Məmmədovun qardaşından sifarişli döyülməyə İLK REAKSİYA
Bizi izləyin

Qırmızı.az

Ziya Məmmədovun qardaşından sifarişli döyülməyə İLK REAKSİYA

“O oğlanı tanımırıq, tanımırıq, tanımırıq! Vəssalam! “Yeni Müsavat”ın yazdıqlarına şərh vermək istəmirəm, vəssalam. Bir kampaniyadır, başladıb, onlara cavab vermirik”.

Bu sözləri Teleqraf.com-a açıqlamasına deputat Elton Məmmədov deyib.

O, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyməyi sifariş verən Tural Bayramovun oğlu Aynar Məmmədovla əlaqəsinin olub-olmaması barədə danışmaq istəməyib.

Qeyd edək ki, yayılan məlumatlara görə, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyən şəxs istintaqa etiraflar edib. O, jurnalistin döyülməsi barədə Tural Bayramovdan sifariş aldığını bildirib. K-1 döyüş növü üzrə tanınmış idmançının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq etmdiyi deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm