Yük maşınında ölən uşaqla bağlı yeni məlumatlar
Bizi izləyin

Qırmızı.az

Yük maşınında ölən uşaqla bağlı yeni məlumatlar

Masallıda yük maşınında ölən uşağın yeni təfərrüatları üzə çıxıb. Onun ölümünə öz inadkarlığı səbəb olub. Atasının və sürücünün sözünə baxmayan 13 yaşlı uşaq yıxılaraq ölüb.

Masallıda yük maşınında ölən uşağın yeni təfərrüatları üzə çıxıb. Onun ölümünə öz inadkarlığı səbəb olub. Atasının və sürücünün sözünə baxmayan 13 yaşlı uşaq yıxılaraq ölüb.

Kənd sakini, 13 yaşlı Orxan Xalıq oğlu Babayev atası ilə birgə onlara məxsuz ərazidə bağladıqları ot bağlamalarını, Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədovun idarə etdiyi 66 BE 731 "Zil" markalı avtomobilinə yükləyiblər.

Orxan Babayev yüklə dolu avtomobilin üstünə çıxaraq orada gedəcəyini bildirib. Sürücü və atası onu avtomobilin yük yerindən aşağı salmağa çalışsalarda bu, mümkün olmayıb. Bu zaman avtomobil hərəkət edərkən maşının yük yerindəki ot tayasının üstündə oturan 13 yaşlı Orxan müvazinətini itirərək başı üstə yerə yıxılıb.

Hadisə yerinə dərhal Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Şöbəsinin həkim briqadası cəlb olunub, lakin baş-beyin nahiyəsindən xəsarət alan Orxanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon hüquq mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm