Qırmızı.az
Ramil Usubov Bərdədə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri Ramil Usubov mayın 31-də Bərdə Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam,
Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Coranboy, Naftalan və
Xocalı rayonlarından olan 55 nəfər iştirak edib.
Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin
operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda
iştirak edən aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret
tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük
əksəriyyəti yerindəcə öz həllini tapıb, digər ərizələrin aidiyyəti
dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.
Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun
olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis
heyəti vəzifələrində xidmət etmək arzusunda olan 324 nəfər də
qəbulda iştirak edib. General-polkovnik R.Usubov onların arasından
daha yararlı və hazırlıqlı olan 65 gənci seçərək sənədlərinin
hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq
göstəriş verib.
Tədbirdə iştirak edənlər vətəndaşların qəbuluna və müraciətlərinə
diqqətlə, xüsusi həssaslıqla və operativ şəkildə yanaşılması barədə
məlum tapşırığın yüksək səviyyədə icrasına, onların problemlərinə
hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər.
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO