Qırmızı.az
Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasındahava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Temperaturun gecə 17-22°, gündüz 29-34° isti, Bakıda gecə
20-22°, gündüz 31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət
gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində
- Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zuğulba,
Mərdəkan, Şüvəlan, Buzovnada 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə
23-24° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən
yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 13-18°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti
olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
ehtimalı var.
Temperaturun gecə 8-13°, gündüz 21-26° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında gün ərzində hava əsasən yağmursuz
keçəcək.
Temperaturun gecə 15-20°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək.
Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış
yağacağı ehtimalı var.
Temperaturun gecə 15-20°, gündüz 26-31°, bəzi yerlərdə 33° isti
olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən
yağmursuz keçəcək.
Temperaturun gecə 17-22°, gündüz 30-35°, bəzi yerlərdə 38° isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında gün ərzində hava əsasən yağmursuz
keçəcək.
Temperaturun gecə 16-18°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti,
dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacağı
gözlənilir.
-
Sosial10:18Elçibəylə bağlı sirr üzə çıxdı: Sən demə...
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO










.jpg)

























