Sosial
Üzərliklə bağlı daha bir xəbərdarlıq - Cinayət məsuliyyəti daşıyır...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı Səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edib.
Publika.az agentliyə istinadən xəbər verir ki, notada harmala (üzərlik) bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisində nəzarətə götürüldüyü qeyd olunub. Həmçinin sözügedən bitkinin qanunsuz dövriyyəsi, saxlanılması və ya qaçaqmalçılığının Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıdığı da bildirilib.
Agentlik qeyd olunanları nəzərə alaraq dənizçilərə xarici dövlətlərin, xüsusilə Rusiyanın ərazisinə giriş və çıxış zamanı müvafiq ölkələrin qanunvericiliyinə ciddi riayət etməyi, habelə harmala (üzərlik) bitkisi də daxil olmaqla bir sıra ölkələrdə qadağan edilmiş maddələrin siyahısı ilə əvvəlcədən tanış olmağı, həmin maddələrin istifadəsindən, daşınmasından və saxlanılmasından qəti şəkildə çəkinməyi tövsiyə edir.
-
Nida Xəbər 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin121:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır









.jpg)




























