Qırmızı.az
Tərtərdə seldən zərər çəkənlərə kompensasiya veriləcək
“Evlərinə ciddi zərər dəyən vətəndaşlar müraciət edərlərsə, kompensasiya ödəniləcək”.
Bunu Publika.az-a Tərtər rayon İcra Hakimiyyəti başçısının köməkçisi, növbətçi rəisi İlham Ağayev deyib.
İlham Ağayev bildirib ki, selin yaratdığı fəsadlar ciddi olduğundan hələ də bərpa istiqamətində müvafiq işlər aparılır:
“Güclü külək evlərin damını dağıdıb. Kommunikasiya xətləri sıradan çıxıb. Hazırda əməkdaşlar iş başındadırlar. Müvafiq işlər görülür. Xəsarət alan da olmayıb. Mal-qaraya da zərər dəyməyib. Ciddi ziyan ancaq əkin sahələrinə, taxıl zəmilərinə, təsərrüfat sahələrinə dəyib. Evlərinə və mülklərinə ciddi ziyan dəymiş vətəndaşlar da aidiyyəti üzrə müvafiq qaydada müraciət etsələr, kompensasiya ödəniləcək. Hər halda, faktla bağlı araşdırmalar bitməyib".
O, dəyən zərərin məbləği və zərərçəkənlərə ödəniləcək kompensasiyaların məbləğinin hələlik müəyyən edilmədiyini bildirib.
Səid
-
İdman07:30FİA yeni qaydaları təsdiqlədi - Yağış yağarsa…
-
Sosial07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
Magazin206:16“Eşref Rüya”da yeni sima - Foto
-
Qadın04:44Məşhur stilist qadın gözəlliyinin sirrini açıqladı - Foto
-
Magazin100:15Azərbaycanlı müğənni ağır qəzaya düşdü
-
Qoroskop00:00Günün ulduz falı - Sizin ən güclü silahınız odur
-
Magazin13 Mart 23:48Zaur Əmiraslanova ağır itki üz verdi
-
Dünya3 Mart 23:36"Qanlı Ay" tutulması - Kimlər görə bildi?





























.jpg)






