“Şahin Sultanov sevgilisinə 2 milyonluq ev bağışlayıb”
Bizi izləyin

Qırmızı.az

“Şahin Sultanov sevgilisinə 2 milyonluq ev bağışlayıb”

Bəxtiyar Məmmədov: “Şahin Sultanov sevgilisinə 2 milyonluq ev hədiyyə verib”.

Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov həbsdə olan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovla bağlı redaksiyamıza yeni sensasion məlumatlar göndərib. Qeyd edək ki, yenicə həbsdən çıxmış B.Məmmədov uzun müddət Ş.Sultanovla konfliktdə olub. B.Məmmədovun həbsinə səbəb də sabiq komandanın iddiası ilə məhkəməyə müraciət etməsi olmuşdu.

B. Məmmədov yeni müraciətinə vəkil Adəm Məmmədovun “Şahin Sultanov sadə həyat tərzi sürüb” iddiasına cavabla başlayıb: “Bu ”sadə həyat tərzi sürmüş" Şahin Sultanov Nataşa adlı bir qadını işə düzəldərək ona maxe rütbəsi vermiş, onunla uzun illər ərzində sevgili kimi yaşayaraq hər cür cah-calallı şərait yaratmış, həmin qadının evinin bütün bazarlığını “kod 555" ləqəbli dostu Elxan Hacıyev vasitəsilə həyata keçirmişdir. Təqribən 2008-2009-cu illərdə sevgili münasibətlərinin sona çatmasından və Nataşanın ingilis əsilli vətəndaşla nikah qurmasından irəli gələrək Nataşa Mərkəzi Univermağın yaxınlığında Şahin Sultanovun ona hədiyyə etdiyi 2 milyonluq dəbdəbəli evi sataraq xaricə köçmüşdü. Budur Şahin Sultanovun sadə həyat tərzi?” B.Məmmədov yazır ki, komandanın böyük oğlu Əşrəf Sultanov atası sayəsində adını yalnız qeydiyyata saldırmaqla Sumqayıtda yerləşən “N” saylı hərbi hissədə “əsgərlik” keçib. “Şahin Sultanovun digər oğlu – Nazim Sultanov atası sayəsində heç bir hüquqi əsas olmadan dolayı yollarla hərbi xidmətdən möhlət hüququ götürərək bu günədək hərbi xidmətdən yayınıb”.

Hüquq müdafiəçisi iddia edib ki, Şahin Sultanovun həyat yoldaşının adı İrina olduğu halda hansısa yollarla dönüb olub İradə Sultanova və xanımının Rusiyada müxtəlif dövlət qurumlarında, o cümlədən Rusiya MN-də yaxın qohumları işləyir: “Şahin Sultanov qaçaqmalçılıq fəaliyyəti zamanı yaxalanarkən bir neçə dəfə məhz bu qohumların vasitəçiliyi ilə məsuliyyətdən yayındırılmış və ”sudan quru" çıxmışdır. Yaxın qohumlarının Rusiya MN-də işləməsi faktını da Şahin Sultanov dövlət orqanlarından gizlətmişdir. Halbuki o, bu barədə müvafiq qurumları məlumatlandırmağa borclu idi.

“Oğlunun biri adını yalnız qeydiyyata saldırmaqla ”əsgərlik" keçib, o biri oğlu bu günədək hərbi xidmətdən yayınır".

Şahin Sultanovun həyat yoldaşı İrina Sultanova yuxarıda qeyd olunanlardan irəli gələrək, həm ailədaxili nüfuz sahibi olmuş, eləcə də HDQ-də “fəaliyyəti” olmuşdur. Belə ki, İrina Sultanova tərəfindən həm öz evinin, həm də yaxın qohumlarının evlərinin bütün əşyalarını, mebel ləvazimatlarını, məişət avadanlığını, xalça-kilimləri Elxan Hacıyev tərəfindən açılmış saxta MMC-lər vasitəsilə yeni alınmış əşya və ləvazimatlar kimi HDQ-nin balansına mədaxil etdirərək 100 min manatlarla dövlət vəsaiti mənimsənilmişdir.

Bundan başqa, İrina Sultanova ona verilmiş qeyri-rəsmi səlahiyyətlər çərçivəsində Hərbi Dənizçilik Məktəbinin sabiq rəisi 1.dər. kapitan N.Əliyevin həyat yoldaşını, ixtisasca HDQ bağça müdirəsi olmaq haqqı və hüququ olan bir xanımı qanunsuz şəkildə işdən uzaqlaşdırmaqla öz yaxın rəfiqəsini bu vəzifəyə təyin etdirərək yeyinti işlərinə zəmin yaratmış və sonradan bu yolla bağçada külli miqdarda dövlət vəsitinin mənimsənilməsi həyata keçirilmişdir".

Hüquq müdafiəçisi “Azərenerji” prezidenti Etibar Pirverdiyevlə Şahin Sultanovu bağlayan qaranlıq məsələlərlə bağlı apardığı araşdırmaları tezliklə istintaqa təqdim edəcəyini deyib: “İrina Sultanova da bunu mətbuat konfransında ”Şahin Sultanovla Etibar Pirverdiyev Bayraq Meydanında söküntülərdə bir yerdə olublar" fikri ilə təsdiqləyir. Eləcə də bu fakt məni şərləyərək tutdurduqları zaman 19 iyul 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı “kod 555" ləqəbli Elxan Hacıyev tərəfindən sərbəst ifadəsində də təsdiqlənmişdir: ”Biz Şahin Sultanovla 2 milyon pulu almışıq, bu puldan hər ailəyə 10 min vermişik, qalan pulu da Qaradağ rayonu ərazisində Puta qəsəbəsində HDQ üçün inşa edilən yeni bazada “Azenko” şirkəti ilə evlər tikirik". “Azenko” şirkəti isə Etibar Pirverdiyevin tabeçiliyindədir. Beləliklə, Bayraq Meydanı ətrafından sakinlərin köçürülməsi zamanı hərbçi ailələrinə çatası və faktiki mənimsənilmiş vəsaitin bütün cığırları Etibar Pirverdiyevin “Azenko” şirkətinə gedib çıxır. Digər tərəfdənş Etibar Pirverdiyevə məxsus “Azenko” şirkətinin Puta qəsəbəsində HDQ üçün tikdiyi yeni bazanın tikintisində də çoxsaylı problemlər yaranmışdır, layihədə göstərilən tikinti materialları ucuz və keyfiyyətsiz materiallarla əvəz olunmuşdur ki, bütün bunlar da bir neçə gün bundan öncə bazada olmuş müdafiə naziri Z.Həsənovu qəzəbləndirmişdir. Nəticədə hazırkI situasiyaya görə 26 iyun Silahlı Qüvvələr günü ölkə başçısı, Ali Baş Komandan İ.Əliyevin iştirakı ilə açılışı gözlənilən bazanın açılma vaxtı qeyri- müəyyən tarixədək təxirə salınmışdır. Bütün bunlar Etibar Pirverdiyevə məxsus “Azenko” şirkəti ilə Şahin Sultanovun işbirliyində böyük korrupsiya oyunlarının mövcud olmasını təsdiqləyir".

B.Məmmədov yazır ki, Ş.Sultanovun şəxsi maddi maraqları zəminində HDQ-nin keçmiş evlər idarəsinin rəisi, “kod 555" ləqəbli Elxan Hacıyevin oğlu Hacıyev Rövzət və digər şəxslər tərəfindən ştata ”ölü canların", yəni adları olub özləri işdə olmayan vətəndaşların adlarını yazmaqla dövlətə yüz min manatlarla ziyan vurularaq külli miqdarda dövlət vəsaitini mənimsəyiblər.

“İstintaq sirri olduğundan hələlik qeyd etmədiyim cinayət faktları barədə sabiq müdafiə naziri S.Əbiyevin, MN-in keçmiş Hərbi İnspeksiyasının rəisi M.Beydullayevin, nə qədər qəribə olsa da, hələ də nazirliyin hüquq idarəsinin rəisi olan Rauf Kişiyevin, hərbi hissənin keçmiş hüquqşünası Rauf Zeynalovun xəbəri olmuş, lakin adları çəkilən bütün şəxslər öz şəxsi maddi maraqları naminə bütün bu cinayət faktlarını ört-basdır etmişlər” deyə,B.Məmmədov bildirib.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm