Qırmızı.az
Əlibəyli atəş altında
Tovuz rayonunun Əlibəyli kəndi erməni silahlı birləşmələri tərəfindən yenidən atəşə tutulub.
Əlibəyli İcra Nümayəndəliyindən Anspress-ə verilən məlumatına görə, erməni hərbi birləşmələri yenidən fəallaşıblar. Belə ki, ermənilər atəşkəsi pozaraq cəhbəboyu mövqelərimizi atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub:
“Yenə də ermənilər fasilələlərlə mövqelərimizi atəşə tutmağa davam
edirlər”. Atışma zamanı kənddə xəsarət alan olmayıb.
Nümayəndəlikdən bildiriblər ki, ermənilərin tez-tez atəşkəsi
pozmalarına baxmayaraq kənd sakinləri əkin sahələrində
işləyirlər.
Qeyd edək ki, erməni silahlı bölmələrinin bir neçə gün öncə Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutması nəticəsində yaralanan və xəstəxanaya yerləşdirilən kənd sakinlərinin səhhəti yaxşılaşıb. Əlibəyli kənd sakinləri artıq evə buraxılıblar.
Xatırladaq ki, bir neçə gün öncə ermənilərin atəşkəsi pozması nəticəsində biri azyaşlı uşaq olmaqla 3 nəfər yaralanmışdı. 45 yaşlı 3 uşaq anası Əliyeva Ənayət Totan qızı yaşadığı evin qapısı ağzında qəlpə yarası almışdı. Digər kənd sakini 72 yaşlı Nağıyeva Qaraqız Qara qızı sağ ayağının 3 və 4-cü barmağını dəlib keçən güllə yarası, nəvəsi, 5 yaşlı Nağıyeva Nurcan Osman qızı isə ayağından qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilmişdi.
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO