Abel Məhərrəmov məzunlarla görüşəcək
Bizi izləyin

Qırmızı.az

Abel Məhərrəmov məzunlarla görüşəcək

Bu il Bakı Dövlət Universitetinin 17 fakültəsini 4000-dək məzun bitirir. Onlardan təxminən 500 nəfəri fərqlənmə diplomuna layiq görülüb. Bu barədə Publika.az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də magistratura imtahanlarında məzunlarımız respublikada ən yüksək göstəricilərə malik olublar.

Universiteti fərqlənmə diplomu ilə bitirən 500 məzunun diplomu bu gün rektor tərəfindən təqdim ediləcək:

“İlk olaraq rektor universitetin akt zalında fərqlənmə diplomu ilə bitirən məzunlarla görüşəcək. Onlara diplomları təqdim ediləcək. Saat 18:00-da Bakı Dövlət Universitetində əsas binanın qarşısında məzun gününə həsr olunmuş təntənəli mərasim keçiriləcək. Mərasim Mədəniyyət telekanalından canlı yayımlanacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm