Qırmızı.az
Araşdırmaçı yazar Mahmud Qaşqari medalına layiq görüldü - FOTO
Azərbaycan Yazıçılar Birliyində Mahmud Qaşqari adına Beynəlxalq Fond tərəfindən verilən “Mahmud Qaşqari - 1000” medalının Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilcisi Dr.Derya Akdemirə təqdimetmə mərasimi keçirilib.
Publika.az xəbər verir ki, pandemiya şəraitində baş tutan tədbiri giriş sözü ilə Bakıda fəaliyyət göstərən Mahmud Qaşqari adına Beynəlxalq Fondun baş katibi Elxan Zal rəhbərlik etdiyi qurum barədə məlumat verib.
Elxan Zal qeyd edib ki, fond 2006-cı ildə Xalq yazıçısı Anar, mərhum ədəbiyyatşünas alim Arif Əmrahoğlu və özü tərəfindən yaradılıb. O, fondun türk xalqları arasında körpü rolunu oynadığını və əsas məqsədinin ümumtürk düşüncəsi və mədəniyyətinin inkişafına töhfə vermək olduğunu bildirib.
E.Zal bu günə qədər fondun mükafatını alanlar sırasında Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, qazaxıstanlı yazıçılar - Oljas Süleymanov, Sabit Dosanov, qırğız şair Omar Sultanov, Azərbaycandan filologiya elmləri doktoru Ramiz Əskər, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, professor İlham Rəhimov və Əməkdar jurnalist Hikmət Babaoğlunun olduğunu deyib.
Araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr.Derya Akdemir bu medala layiq gördüklərinə görə Mahmud Qaşqari adına Beynəlxalq Fonduna öz dərin təşəkkürlərini bildirib və qeyd edib ki, bundan sonra da eyni templə Türk dünyasının, onun milli - mədəni zənginliklərinin qorunması istiqamətində fəaliyyətlərini davam etdirəcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

































.jpg)
.jpg)
