Qırmızı.az
Təhsil ekspertindən şagirdin döyülməsi faktına REAKSİYA
Şagirdin döyülməsinə valideynlər niyə sərt reaksiya verir? Orta məktəbi 2010-cu ilə qədər bitirənlər müəllimləri tərəfindən, hətta direktoru tərəfindən döyülüb. Sovetlər dönəmində və ötən əsrin 90-cı illərində orta məktəbdə oxuyanlar isə bunu daha çox yaşayıb. Mən də orta məktəbdə oxuyanda müəllimim döyüb. Bəli, bizi müəllim, direktor döyəndə dərsə hazır gəlmədiyimiz üçün döyərdi və evdə desəydik, evdə də döyərdilər ki, bəs sən nə etmisən ki, müəllimin döyüb. Bəs indi niyə döyən müəllim, direktor tənqid olunur, sərt reaksiya ilə üzləşir? Çünki indi məktəb öz funksiyasını yerinə yetirə bilmir. Əvvəllər şagirdlər orta məktəbdə minimum zəruri bilik və bacarıqlara yiyələnirdi. Məktəb şagirdlərinə həm bilik, həm bacarıqlar, həm də tərbiyə verirdi. Valideyn demək olar ki, bu istiqamətdə heç bir iş görmürdü. Bəs indi necədir vəziyyət? Şagirdlər az qala dünyaya göz açandan repetitor yanına, hazırıq kurslarına gedir. Əlbəttə ki, valideynlərin vəsaiti hesabına. Yəni valideynləri şagird üçün indi həm maddi, həm mənəvi digər bütün resurslarını səfərbər edir. Bu o deməkdir ki, məktəbin pulsuz görməli olduğu işi valideynləri pulla görür.
Publika.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərin sosial mediada yayılmasından danışan ekspert bildirib ki, bu gün məktəb öz öhdəliklərini yerinə yetirmir: "Bunun ardınca əlbəttə ki, valideyn məktəbə gəlib haqlı iradını bildirir ki, sən mənimlə birlikdə övladımı böyütmüsən ki, onu da döyürsən. Bəli, məktəb öz məsuliyyətini dərk etmir, məktəb öz öhdəliklərini yerinə yetirmir. Bunları da məktəbi idarə edənlərin yerinə yetirməyə bilik və bacarıqları çatmadığı üçün fiziki zorakılığa üz tuturlar. Bu fikirlər o demək deyil ki, mən 10-15 əvvələ qədər şagird döyülməsinə haqq qazandırıram. Xeyr, heç bir halda şagird döyülə bilməz. Şagirdə fiziki zorakılıq tətbiq etmək yolverilməzdir" , - Kamran Əsədov qeyd edib.
Qeyd edək ki, Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, 9 nömrəli məktəbdə şagirdin döyülməsi halı “Məktəblinin dostu” tərəfindən müəyyən edilib. "Məktəblinin dostu" ümumtəhsil müəssisələrində şagirdlərə qarşı zorakılıq halları ilə bağlı mübarizə aparır. Təhsil Nazirliyi müəllimin fəaliyyətinə uyğun olmayan belə halların yolverilməz olduğunu bir daha vurğulayıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





