Əgər müəllim o vaxt qulağımı çəkməsəydi, mən indi... - Mütəxəssislərdən MARAQLI RƏYLƏR
Bizi izləyin

Qırmızı.az

Əgər müəllim o vaxt qulağımı çəkməsəydi, mən indi... - Mütəxəssislərdən MARAQLI RƏYLƏR

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Son günlər təhsil müəssisələrində baş verən özbaşınalıqlar sosial media gündəmini zəbt edib. Biri şagirdi, digəri isə müəllimi, yaxud valideyni günahlandırır. Nəzərə alsaq ki, məsələ kifayət qədər həssasdır, onda bu problemə sadəcə bir prizmadan yanaşmaq yanlış olar. Təbii ki, bu cür məsələlər birmənalı şəkildə qərəzsiz araşdırılmalı və düzgün qiymətləndirilməlidir. Əgər problem varsa, onun yaranma səbəbləri və həlli vasitələri də doğru seçilməlidir. Sağlam cəmiyyətin formalaşmasının təməlində düzgün təhsil sistemi dayanır. Düzgün təhsil sistemi dedikdə burada söhbət sadəcə dərs oxumaq və ya əla qiymətlər almaqdan getmir. Belə bir atalar sözü var: "Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir".

Sözsüz ki, təhsil sistemi dedikdə burada təlim və tərbiyə anlayışlarına yanaşma tərəzinin gözlərində eyni ağırlıqda dayanır. Ona görə də bu gün tədris prosesinin sağlam və tərbiyə normaları çərçivəsindən kənara çıxmayan mühitdə verilməsi bizim üçün prioritet olmalıdır.

Məsələyə mütəxəssislərin nöqteyi-nəzərindən baxmağa çalışdıq.

Professor, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Publika.az">Publika.az-a bildirib ki, 1946-1947-cı illərdə "Dallas" doktrinası vardı, bu doktrinanın əsas məqsədi müharibədən qalib çıxmış SSRİ-ni daxildən dağıtmaqdan, milli-mənəvi dəyərlərə, adət-ənənələrə zərbə endirməkdən ibarət idi: "Uzun müddət bunu SSRİ-yə tətbiq etdilər və hazırda SSRİ yoxdur. Dəqiq demək çətindir ki, bu çöküşə həmin doktrinanın təsiri olub, ya yox, lakin burada gözdən qaçırmamalı olduğumuz əsas nüans var. Azərbaycan da müharibədən qalib çıxmış ölkədir. Bizə düşmən olan qüvvələr istəyir ki, bu qalibiyyətimizi SSRİ-nin qalibiyyəti səviyyəsinə endirsinlər. Ona görə də bizə daxildən hücum olunur. Belə ki, milli adət-ənənələrimiz hədəfə götürülür və ona qarşı işlənir".

src="/storage/files/upload/fca89049ca623288edf1e7d9f85b9772c8ce7676.jpg" style="width: 462px; height: 261.574px;" class="fr-fic fr-dib fr-fil">

Şura sədri əlavə edib ki, təhsil sistemində müqəddəs yer məktəblərdir: "Biz məktəbləri müqəddəsləşdirməklə qələbəmizi tarixiləşdirə bilərik. Həmçinin biz məktəbləri, müəllimləri, milli-mənəvi dəyərləri hədəfə almaqla hər şeyi korlaya da bilərik. Fikrimcə, bizim məktəblər bilərəkdən hədəf altındadır. Ailəmizin daxilindəki problemləri necə daxildə çözməyə çalışırıqsa, məktəbdə olan problemləri mətbuat vasitəsilə ictimailəşdirmək əvəzinə, onu yerindəcə həll etməliyik".

Şahlar Əsgərov vurğulayıb ki, insan fəaliyyətinin iki dinamosu var: "Biri maraq, digəri qorxu. İnsan Allahdan, dövlətin qanunlarından qorxmalıdır. İnsanın uzun, xoşbəxt yaşaması üçün qorxu mütləqdir. Biz qorxmasaydıq, 80 il yaşamaz, hansısa hadisə nəticəsində daha tez dünyamızı dəyişərdik. Yəni, qorxu zəruri hisslərdən biridir. Biz niyə bu qorxu üsulundan istifadə edib məktəbdə uşaqları oxutmayaq? Burada söhbət şagirdi ağır şəkildə döyməkdən getmir. Söhbət tənbehdən, qulaqburmadan gedir. Bir misal çəkmək istəyirəm. Bir tibb bacısı mənə dedi ki, atam riyaziyyat müəllimi idi və o, 30-40 il bundan əvvəl dərs zamanı bir şagirdin dərsini bilmədiyi üçün qulağını tutub və bu zaman uşağın qulağı qırılıb. Hazırda atam pensiyaçıdır və atamı görmək üçün bizim evə ən çox gələn şəxs həmin qulağı qırılmış şagirddir, hansı ki, o, indi böyük vəzifədə işləyir. Atama deyir ki, sən o zamanlar məni tənbeh etməsəydin, mən indiki yerdə olmazdım. Bunlar həyatdan nümunələrdir, biz bunları niyə görmürük? İndi bir mif uydurublar ki, uşağa söz demək olmaz. Bu mif məktəbi və müəllimi gözdən salmaq üçün yaradılıb".

src="/storage/files/upload/cfa2bb28b972aa0a04ec27f139450280af966f26.jpg" style="width: 499px; height: 332.667px;" class="fr-fic fr-dib fr-fil">

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, çətin tərbiyə olunan uşalarla bağlı mütləq qaydada bir baza formalaşdırılmalıdır: "Axı komissiyalar yanında çətin tərbiyə olunan həssas ailələrin qeydiyyatı aparılır. Bu gün aidiyyəti qurumlar bunu niyə edə bilmir? Həssas uşaqlarla işin təşkili dövlət qurumları ilə QHT-lər arasında sıx əməkdaşlıq səviyyəsində aparılarsa, bu cür xoşagəlməz mənzərələr ortaya çıxmaz. Son 1 ayda məktəblərdə istər müəllimlərə qarşı təzyiqlər, istərsə də uşaqların davranışları ilə bağlı çox sayda videomateriallar ortaya çıxır. Uşaq evlərində valideynlərlə tərbiyəçilər arasında yaşanan mənfi halların araşdırılmadan dərhal müəllimin, tərbiyəçinin qınaq obyektinə çevrilməsi, onların cəzalandırılması nə qədər doğrudur? Problemdən uzaqlaşmaq üçün müəllimi və ya tərbiyəçini dərhal işdən çıxarmaqla biz hər şeyi həll etmiş olmuruq. Bilirik ki, bu cür hallar daha çox həssas ailələrdə baş verir. Biz ailə dəyərləri aşağı olan, qeyri-rəsmi nikahlardan olan, tək analar tərəfindən tərbiyə olunan uşaqlarda bu cür mənfi halları daha çox görürük. Bu, uşağın günahı deyil. Uşaq ailədə necə davranış, necə tərbiyə görürsə, onu ikinci evi olan təhsil müəssəsinə şamil edir".

K.Ağazadə vurğulayıb ki, çətin tərbiyə olunan uşaqla xüsusi qaydada iş aparılmalıdır: "Bu gün çətin tərbiyə olunan uşaqlarla bağlı müəssisə var? Bu zaman sual ortaya çıxır. Uşaq davranışı ilə ətrafa xəsarət yetirir, pis örnək olursa, nə etməliyik? Əlbəttə, psixoloji söhbətlər aparılmalı, monitorinqlər keçirilməli, ailənin sosial durumu araşdırılmalıdır. Bəs, bu uşaqla kim və harada işləməlidir? Bu gün 10-11-ci sinif şagirdlərinin narkotikə aludəçilik problemləri ilə üz-üzəyik. Valideynlər tərəfindən bu məsələ ilə əlaqədar da bizə müraciətlər olunur. İndi bu uşaqların narkotikdən asılılıqlarının aradan qaldırılması ört-basdır edilərək həll olunacaq? Əlbəttə, xeyr. Bu zaman uşaqlar üçün narkoloji şöbə olmalıdır. Göründüyü kimi, həllini tapmayan çox məsələ var və istər Təhsil Nazirliyi, istər Sosial Xidmətlər Agentliyi, istərsə də Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və digər adiyyəti qurumlar arasında nə qədər ki, iş birliyi olmayacaq, bu problemlər həllini tapmayacaq. Hər dəfə biz bu halları vətəndaş cəmiyyəti olaraq üzə çıxarırıq və bundan sonra bizə qarşı yaranan qıcıqları da anlayırıq. Çünki prinsip ört-basdır prinsipidir. Nə qədər ki, yuxarıda adlarını sadaladığım qurumlarla əməkdaşlığımız pərakəndə olacaq bu problemlər həllini tapmadan qalacaq. Hər birimiz bu məsələlərin həlli üçün əl-ələ verərək işləməliyik".

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

src="/storage/files/upload/5ad0ead339e3792d12613a291309f47980a4c14a.jpg" style="width: 490px; height: 305.433px;" class="fr-fic fr-dib">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm