Sosial
Bu şəxslər işdən çıxarıla bilər
Əmək Məcəlləsinə əsasən, işəgötürən müəyyən hallarda işçini müvəqqəti olaraq işdən kənar edə bilər. Bu addım həm mülkiyyətçinin, həm də digər işçilərin mənafeyini qorumaq, əməyin mühafizəsi qaydalarının pozulmasının və intizamın pozulmasının qarşısını almaq məqsədi daşıyır.
Publika.az xəbər verir ki, işəgötürən aşağıdakı hallarda işçini işdən kənar edə bilər:
İşçi alkoqollu içkilər, narkotik və ya psixotrop maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə və ya iş zamanı bu maddələri qəbul etdikdə;
İşçi icbari tibbi müayinədən imtina etdikdə və ya həkim komissiyasının tövsiyələrini yerinə yetirmədikdə;
İşçi iş vaxtı ərzində iş yerində inzibati xətalar və ya cinayət tərkibli əməllər törətdikdə;
İnsan immunçatışmazlığı virusu (HİV) ilə yaşayan şəxslər üçün işləməsi qadağan olunan vəzifələrdə çalışan işçi məcburi tibbi müayinədən imtina etdikdə.
Qeyd edək ki, işdən kənar edilmə faktı rəsmi sənədlərlə - həkim rəyi, izahatlar və arayışlarla təsdiqlənməlidir. Bu müddət ərzində işçiyə əməkhaqqı ödənilmir. Lakin üzrlü səbəbdən tibbi müayinədən keçməyən işçilərə boşdayanma qaydasında əməkhaqqı ödənilməsi nəzərdə tutulur.
Əlavə edək ki, işçi işdən kənar edilməsini qanunsuz və əsassız hesab edərsə, hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilər.(Metbuat.az)
-
ABŞ19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI
-
ABŞ18:36ABŞ-ın keçmiş vitse-prezidentinin ölüm səbəbi AÇIQLANDI
-
İdman18:24Qarabağ”ın “Çelsi” ilə oyunundan öncəki son məşqindən FOTOLAR
-
Sosial17:55Azərbaycanda bu vəzifəli şəxslər ifşa edildi - RƏSMİ
-
Hadisə17:25Bakıda çoxmənzilli binadakı yanğın söndürüldü
-
Sosial17:22Sabah Bakının bəzi qəsəbələrində su kəsiləcək
-
Rəsmi xronika16:50Özbəkistan Prezidenti İlham Əliyevi təbrik etdi





































