Qırmızı.az
Azərbaycanda MÜHÜM YENİLİK: BUNA İCAZƏ VERİLƏCƏK - VİDEO
Azərbaycanda məsafədən görülən iş-yəni distant əmək fəaliyyəti rəsmiləşdirilir. Bununla bağlı əmək qanunvericiliyinə ediləcək dəyişikliklər artıq aidiyyatı qurumlara göndərilib. Bu dəyişiklik təsdiqini tapandan sonra bir sıra fəaliyyət sahələrində çalışanlar iş yerinə getmədən əmək müqaviləsi ilə işləyə biləcəklər.
Publika.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Azərbaycanda distant, yəni məsafədən iş rəsmi qaydaya keçir. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təklifi ilə "Əmək məcəlləsi"ndə ediləcək dəyişikliklərdə əksini tapıb.
Nazirliyin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov bildirib ki, müasir bazar iqtisadiyyatı və pandemiya şəraitində belə bir dəyişikliyin edilməsinə ciddi zərurət yaranıb.
Onun sözlərinə görə, distant işin əmək məcəlləsinə təklif edilən dəyişiklikdə konkret izahı verilir:
"Bu izahla da distant işlərin siyahısı genişlənəcək və bir sıra fəaliyyətlərdə bunun tətbiqi mümkün olacaq".
Nazirliyin şöbə müdiri distant işlə bağlı yeniliklərin hazırda hansı mərhələdə olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə hazırda təkliflər Ədliyyə nazirliyindədir.
Onu da qeyd edək ki, hazırda dünyanın xüsusilə informasiya texnologiyaları üzərində qurulan bir çox tanınmış şirkətləri məhz işçiyə ofis məhdudiyyəti qoymur. Hətta işçilərin şirkətin olduğu ölkədə yaşaması tələbi belə aradan qalxıb. Bu isə şirkətlərə daha təcrübəli işçilər toplamaq imkanı verir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)



.jpg)






















.jpg)

.jpg)