Qırmızı.az
Daşınmaz əmlak bazarında qiymətlər necə olacaq? - Ekspert AÇIQLADI - VİDEO
Video əlavə olunub.
2022-ci ilin ilk həftələrində paytaxtın mənzil bazarında evlərin qiymətinin hansı istiqamətdə dəyişəcəyi indi hər kəsi maraqlandırır. Ev almaq istəyənlərin maraq dairəsində olan məsələ Bakının hansı ərazilərində evlərin ucuz və ya baha olmasıdır. Ayağını yorğanına görə uzadanlar da, daha mərkəzi yerlərdə ev almaq arzusunda olanlar da mütəmadi olaraq evlərin, torpaq sahələrinin qiymətləri ilə maraqlanır.
Bir çox ekspertlər düşünür ki, yaz aylarında mənzil bazarında qiymətlər cüzi də olsa, artacaq.
Daşınmaz əmlak üzrə ekspert Bəhruz Həsənov Publika.az-a açıqlamasında söyləyib ki, hazırda Bakı şəhərinin əsasən Qaradağ, Suraxanı, Xəzər və qismən Binəqədi rayonlarının qəsəbələrində daha ucuz qiymətə fərdi yaşayış evləri tapmaq mümkündür:
“Bu evlər 1 və 2 otaqlı olmaqla 12 000 AZN-dən 20 000 AZN-dək qiymət aralığındadır. Bu ərazilərin şəhər mərkəzindən kənarda yerləşməsi, həmçinin tikintiyə yararlı torpaq sahələrinin kifayət qədər çox olması burada 1 sot torpağın digər ərazilərə nisbətən daha ucuz olmasına gətirib çıxarır. Nəticə etibarilə qeyd etdiyim ərazilərdən daha ucuz evlər tapmaq mümkün olur”.
src="/storage/files/upload/6d5d96898ef052204f6dd30da238ef665f2da23a.jpg" style="width: 518px; height: 379.867px;" class="fr-fic fr-dib">
Hansı ərazilərdə qiymətlər daha bahadır?
B.Həsənov bildirib ki, ənənəvi olaraq, əsasən şəhərin mərkəz ərazilərində qiymətlər yüksəkdir:
“Bu ərazilərə Bakı şəhərinin Səbail, Nəsimi və Nərimanov rayonlarını aid etmək olar. Xüsusən də nəzərə alsaq ki, bu ərazilərdə tikintiyə yararlı torpaq sahələri günbəgün məhdudlaşır. Yaxın gələcəkdə bu ərazilərdə torpaq sahələri hədsiz yüksək qiymətə təklif ediləcək. Bunun nəticəsi olaraq mərkəz ərazilərdə satışa təklif olunacaq fərdi yaşayış evlərinin və villaların da qiyməti bahalaşacaq”.
Yaxın zamanlarda qiymətlər necə dəyişəcək?
Ekspert düşünür ki, 2022-ci ildə mənzil qiymətlərində artım olacaq:
“Qiymət artımına səbəb olan təbii proseslər var. Əsasən tikilməkdə olan yeni binalarda qiymətlərin qalxması gözlənilir. Buna səbəb keçən ildən etibarən tikinti materiallarının təxminən 2 dəfəyə qədər bahalaşması, həmçinin tikiləcək binalar üçün tikintiyə yararlı torpaqların az və yüksək qiymətə olmasıdır. Bütün bu proqnozları ümumiləşdirsək, il ərzində mənzillərin satış qiymətlərində 15-20% artım ola biləcəyini deyə bilərik”.
Tural Turan
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"




































