Qırmızı.az
Vətəndaşların qeydiyyatının ləğvi nə ilə nəticələnəcək? - RƏY
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların polis orqanlarında müvəqqəti qeydiyyatını ləğv edib. DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması ilk növbədə həmin şəxslərin özləri üçün çox vacib olan bir hüquqi prosedurdur.
"Hazırkı araşdırmalar göstərir ki, keçən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsə də, polisin inzibati binalarından qeydiyyatdan çıxarılmayıb və ya bu barədə polis orqanlarına məlumat verilməyib. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndiliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlər qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyinin yaranmasıdır" - DİN rəsmisi qeyd edib.src="/storage/files/upload/249bf5ed642fdadd71d8158ce2c6be24f9859046.jpg" style="width: 598px; height: 399.048px;" class="fr-fic fr-dib fr-fil">
Hüquqşünas Şamil Paşayev Publika.az-a bildirib ki, vətəndaşların müvəqqəti yaşadığı yer üzrə polis orqanlarında qeydiyyatlarının ləğvi onlara bəzi hüquqlarından istifadə etməkdə məhdudiyyət yaradır: “Vətəndaşın yaşayış yeri üzrə daimi və ya müvəqqəti qeydiyyatı ləğv edildikdə o, bəzi zəruri xidmətlərdən məhrum olur. Harasa işə gedəndə, şəxsiyyət vəsiqəsini alanda və ya dəyişəndə qeydiyyat yeri mütləq şəkildə tələb olunur. Bu prosedur insanların təməl hüquqlarının əllərindən alınmasına gətirib çıxarır. Adam kiçik bir arayış da ala bilmir. Sağlamlıqla bağlı tibb müəssisəsinə müraciət etdikdə də problem yaşanır. Xüsusilə də pensiya ala, tibbi sığortadan istifadə edə bilmir. Eyni zamanda seçkilər zamanı da bu hal öz mənfi təsirini göstərir. Məsələn, Qazaxda daimi qeydiyyatı olan şəxs ümumi seçkilər zamanı Bakıdan yüzlərlə kilometr yol qət edərək ora getməlidir. Çox yaxşı olardı ki, bu məsələ həllini tapsın və bu kimi problemlərlə qarşılaşmayaq".
Hüquqşünas qeyd edib ki, bununla yanaşı, hazırda ölkədə ən böyük problemlərdən biri də vətəndaşların yaşadıqları ərazi üzrə qeydiyyatlarının olmamasıdır: "Bunun əsas səbəbi ondan ibarətdir ki, vətəndaşlar kirayə mənzil götürdükdə bunu müqaviləsiz edirlər və orada müvəqqəti qeydiyyata düşə bilmirlər. Bundan başqa, çıxarışların alınmasında ciddi problemlər yaşanır. Hazırda ölkədə 60-70% insanın evinin çıxarışı yoxdur. Yeni inşa olunan göydələnlərdə demək olar ki, heç kəsin çıxarışı yoxdur. Kommunal ödənişlərin bildirişi gəlsə də, vətəndaş həmin evdə qeydiyyatda deyil".
Şamil Paşayev əlavə edib ki, evlərin qeydiyyata alınması prosedurunun sadələşdirilməsinə ehtiyac var: "Vətəndaşların faktiki yaşadığı yer üzrə qeydiyyata alınması prosesinin də sadələşdirilməsi lazımdır. Polis orqanlarında müvəqqəti qeydiyyata düşən şəxslərə şərt qoyula bilər ki, 3-6 aydan bir faktiki yaşadıqları yerlə bağlı daxili işlər orqanlarına bildiriş göndərsinlər. Bu prosedur həyata keçirmədikdə qeydiyyatın ləğvi məsələsi gündəmə gələ bilər".
Qeyd edək ki, şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o, polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq paralel olaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna uyğun şəkildə təmin edilir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


