Qırmızı.az
Bu, gənclərin məsuliyyətini artırır - Sevinc Qasımova
"Müasir Azərbaycan gəncliyinin düzgün yetişdirilməsi bu gün ölkə siyasətinin prioritetlərindən biridir. Hər il fevral ayının 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Bu günün tarixi 1996-cı ilə dayanır. Həmin il məhz 2 fevral tarixində Ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb".
Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova deyib.
O bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar:
"Ölkə başçısının 2007-ci ili "Gənclər ili" elan etməsi və bu haqda sərəncamı da gəncliyə verilən yüksək dəyərin daha bir nümunəsi kimi tarixə düşdü. Dövlət səviyyəsində atılan addımlar, müxtəlif layihələrin həyata keçirilməsi, gənclər təşkilatlarının sayının gündən-günə artması, gəncliyin mədəniyyət, elm, siyasət kimi bütün sahələrdə fəallaşması Azərbaycanın onları sağlam ruhda tərbiyə olunmuş, əsl vətəndaş kimi yetişdirə bildiyinin göstəricisidir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib, öz bacarıq və qabiliyyətləri, imkanları ilə dünya ictimaiyyətinin də diqqətini özünə çəkə bilir. İdmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatında iştirak edərək uğurlu nəticələrə imza atırlar, üçrəngli bayrağımızı göylərə qaldırırlar. Mədəniyyət sahəsində aktivliyi ilə seçilən gənclər dünyanın müxtəlif ölkələrində Azərbaycanı tanıdırlar. Siyasi sferaya atılanlar isə müxtəlif beynəlxalq təşkilatlarda, dünyanın öncül qurumlarında azərbaycanlı adını hər zaman yüksək tutmağa çalışırlar. Hər il olduğu kimi, bu il də Prezident mükafatına layiq görülən gənclərlə bağlı ölkə başçsının müvafiq sərəncamı oldu. Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə Prezident mükafatları verildi. Öz növbəmdə, bu diqqətə layiq görülən bütün gəncləri təbrik edirəm və uğurlar arzulayıram. Düşünürəm ki, dövlətimizin biz gənclərə göstərdiyi qayğı və diqqət məsuliyyətimizi daha da artırır, ölkəmizin gələcək inkişafı üçün çiyinlərimizə ağır və şərəfli yük qoyur. İnanıram ki, biz öz fəaliyyətimizlə Prezidentimizin gənclərə olan inam və etimadını bu gün olduğu kimi, gələcəkdə də doğruldacağıq".
-
Hadisə17:10
Azərbaycanda sürücü sərnişin avtobusunu yandırdı - VİDEO
-
Yaxın Şərq16:09
Bu ölkə 13 ildən sonra Suriyaya qayıdır: Səfirlik açılır
-
Kriminal15:10
Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər
-
Kriminal14:50
Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi - ŞOK TƏFƏRRÜAT
-
İdman13:34
Ailədə söz-söhbət: İtalyan gözəl ona xəyanət edib? - FOTOLAR
-
İdman13:05
Prezidentin nəvələri Messi və dostları ilə görüşdülər - FOTO
-
Sosial12:13
Gələn ilin bayram günləri müəyyən edildi
-
Qoroskop11:17
2025-də sevgidən yarıyacaq 3 bürc: Hər an evlilik təklifi ala bilərsiniz