Qırmızı.az
Azərbaycan dövləti öz gəncləri ilə fəxr edir - Deputat
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin uğurudur ki, ölkəmizin gələcəyini etibar edilə biləcək sağlam gənc nəsil yetişib. O gənc nəsil ki, Azərbaycana dönməz qələbə qazandıraraq dünyada qalib ölkəyə çevirib.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gənci vətəninə və torpağına bağlılığı ilə bağlı öz sözünü deyib: “Ali Baş Komandanın çağırışına qoşulub Vətən müharibəsində silaha sarılaraq düşməni məhv edən gənclərimiz heç də torpaqlarımızın işğal dövrünü görməyiblər. Amma gəncliyimizə olan dövlət diqqəti və vətənpərvərlik ruhunda aldıqları tərbiyə ölkə ərazisinin bütövlüyü uğrunda canından keçməyinə hazır olan gənclərimizi yetişdirib. Ölkə ərazisinin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, öz sağlamlıqlarını itirmiş vətən oğullarına şəfa diləyirəm. Azərbaycan gənci gələcəkdə də vətən üçün hər hansı bir təhlükə yaranarsa, yenidən səfərbər olmağa və “Dəmir yumruğa” çevrilməyə hər zaman hazırdır”.
A.Badamov qeyd edib ki, bu gün məhz gənclərimizin ordu sıralarında vicdanla xidmət etməsi və dövlət sərhədlərimizdə gecə-gündüz keşik çəkməsi, düşmənin hər bir təxribatına çox ciddi cavabın verilməsi sayəsində ölkəmizin təhlükəsizliyi təmin olunur: “Azərbaycan gənci bu gün ölkəmizi dünyada tanıdır, davam edən informasiya müharibəsində cənab Prezidentin yanında olaraq öz sözünü deyir. Gənclərimiz elm, mədəniyyət, həm də idman sahəsində beynəlxalq arenalarda Azərbaycan himnini ifa etdirir, üçrəngli dövlət bayrağımızı dalğalandırır. Bu gün gənclərimiz dövlət idarəçiliyində, ölkənin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirak edirlər. Azərbaycan dövləti öz gəncləri ilə fəxr edir və qürur duyur. Gənclərimizi 2 fevral - Gənclər Günü münasibətilə təbrik edirəm və daima yeni-yeni uğurlara imza atmalarını arzulayıram”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
