Qırmızı.az
Gənclərimiz inklüziv inkişafa dəstək olacaq - Deputat
Ölkəmizdə 10 milyon 119 min əhalinin 2 milyon 305 mini 14-29 yaş arasında olan vətəndaşlarımızdır. 20-29 yaş arası gənclərin sayı isə 1 milyon 560 min nəfərdir. Son illər gənclər ölkənin ictimai həyatında daha aktiv şəkildə iştirak edirlər. Xüsusən də son təyinatlarda gənclərə üstünlük verilməsi gənclərimizin idarəetmədə də daha fəal iştirakından xəbər verir.
Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
Deputat bildirib ki, dayanıqlı inkişaf inklüzivlik tələb edir: “Bu baxımdan gənclərin iqtisadi proseslərdə daha yaxından iştirakı inklüziv inkişafın güclənməsi aspektindən önəmlidir. Xüsusən də gənc sahibkarların dəstəklənməsi və “start-up” yaradıcılara dövlət dəstəyinin artırılması prioritet hesab olunur”.
V.Bayramovun sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, innovasiya daha çox gənclərdən gəlir: “Buna görə də artıq yeni dönəmdə gənclərin məşğulluğu, onların sahibkarlıq sektorunda fəal iştirakının dəstəklənməsi daha da prioritet olmalıdır”.
Millət vəkili əlavə edib ki, torpaqlarımızın işğaldan azad olunmasında gənclərimizin əvəzsiz rolu oldu: “Əminik ki, gənclərimiz region üçün yeni düzənin formalaşdığı bu mərhələdə də fəal şəkildə inklüziv inkişafa dəstək olacaq. Gününüz Mübarək, Əziz Gənclər!”
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


