Qırmızı.az
Azərbaycan gəncliyi əllərindən gələni əsirgəməyəcək ki...
“Azərbaycanda gənclər siyasətinin əsası 1994-cü ildə Ümumilli lider Heydər Əliyev tərəfindən Gənclər və İdman Nazirliyinin yaradılması ilə qoyulub. 25 illiyini böyük fəxrlə qeyd etmiş olduğumuz Gənclər Günündə cənab prezident İlham Əliyevin gənclərlə üç saata yaxın canlı dialoqu bir çox sahələri əhatə etdi. 1994-cü ildə gənclər siyasətinin əsası qoyularkən və 1997-ci ildə Gənclər Günü təsis edildikdə Azərbaycan torpaqları işğal altında idi”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.
Deputatın sözlərinə görə, özünün də daxil olduğu Azərbaycanın o zamanki gəncliyi torpaqları düşmən tapdağında olan ölkənin gəncləri idi: “Şükrlər olsun ki, böyük qürur və fəxr hissi ilə deyə bilərik ki, bugünkü gənclik məhz cənab Prezidentin qarşısına artıq torpaqları işğaldan azad etmiş gənc nəslin nümayəndəsi kimi çıxa bilir. Bundan böyük fəxarət hissi ola bilməz. 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən müzəffər ordunun əksəriyyəti cənab Prezident İlham Əliyevin dövründə yetişmiş, formalaşmış, milli şüur və təfəkkür hissinə sahib olan gənclər idi. Əgər insanın şüurunda və cismində fədakarlıq, vətənə bağlılıq, inamla sona qədər mübarizə əzmi formalaşmırsa, şübhəsiz ki, o nəslin ölkəsinə və dövlətinə hər hansı bir faydası ola bilməz. Böyük qürurla qeyd etmək lazımdır ki, cənab Ali Baş Komandanın müdrik şəkildə həyata keçirmiş olduğu milli ideologiya siyasəti həm orudunun, həm də cəmiyyətin yumruq kimi birləşməsinə və savaşımızın simvolu olan dəmir yumruğun yaranmasına səbəb oldu”.
R.Həsən vurğulayıb ki, 2022-ci il 2 fevral tarixində Azərbaycan Prezidenti bütün gənclərin qarşısında məğrur və qalib ordunun komandanı, Azərbaycan gəncləri isə artıq qələbəni qazanmış, torpaqlarını düşmən tapdağından azad etmiş gənclik kimi cənab Prezidentin qarşısına çıxdılar: “Düşünmürəm ki, müasir Azərbaycan gəncliyi üçün bundan böyük hədiyyə olsun. Torpaqlarımız işğaldan azad edilib, böyük qayıdış sürətlə gedir. İnanıram ki, Azərbaycan gəncliyi də ölkəmizin və hətta regionumuzun inkişafı üçün əllərindən gələni əsirgəməyəcək”.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər










.jpg)
.jpg)


.webp)





















