Qırmızı.az
Bu forum göstərdi ki... - Prezident mükafatçısı
“Hər bir gənc kimi mən də cənab Prezidentlə görüşdüyüm üçün qürurluyam. 25 il bundan öncə gənclərin birinci forumundan olan arxiv kadrlarına baxdığımız zaman düşünürdük ki, görəsən, bu forumda iştirak etmək bizə də qismət olacaqmı? Nəhayət, bu forumda iştirak etmək bizə də qismət oldu. Prezident İlham Əliyev tərəfindən birbaşa mükafatlandırılmaq qürurverici hissdir və bu, dövlət başçımız tərəfindən mənə verilən ilk mükafat deyil”.
Bu fikirləri Publika.az-a açıqlamasında Gənclər Günü Prezident mükafatına layiq görülmüş Coşqun Hidayətov deyib.
O söyləyib ki, bundan öncə Vətən müharibəsində Cəbrayılın azad edilməsində fərqləndiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub: “Bu medalı məhz xidmət etdiyim ordunun Ali Baş Komandanı tərəfindən almağım mənim üçün fəxr idi. 2 Fevral Gənclər Günündə isə dövlətimizin uğurla həyata keçirdiyi gənclər siyasətində aktiv fəaliyyətimə görə Gənclər üçün Prezident Mükafatı ilə təltif olundum ki, bu da mənim üçün həyatımda unudulmaz anlardan biri idi. Cənab Prezidentlə görüş bizim düşündüyümüzdən qat-qat maraqlı formatda keçdi. Ölkə başçısı gənclərin ünvanlandığı sualların hər birini ətraflı və geniş şəkildə izah edirdi. Bunu gənclərin özü də etiraf edirdi. Dövlət başçımızın gənclərə vətənpərvər ruhda, pis vərdişlərdən uzaq, mütəmadi idmanla məşğul olmaları ilə əlaqədar tövsiyələri də oldu.
Prezident İlham Əliyev Şuşadakı çıxışı zamanı qeyd etmişdi ki, Vətən müharibəsində əsas missiyanı məhz Azərbaycan gənci yerinə yetirib. Təbii ki, biz gənclərin missiyası təkcə Vətən müharibəsi ilə yekunlaşmır. Bundan sonra Qarabağın dirçəldilməsi prosesində fəal iştirak etməli, ölkəmizin daha da çiçəkləməsi istiqamətində əlimizdən gələni etməli, öz bilik və bacarıqlarımızı artırmalı, cənab Prezidentin ətrafında sıx birləşməklə dövlətimizin qazanacağı yeni uğurlara öz töhfəmizi verməliyik. Bu forum göstərdi ki, biz gənclərin ən yaxın dostu məhz cənab Prezidentdir. Dövlət başçımız inanır ki, biz Azərbaycanı daha böyük zirvələrə qaldıracağıq”.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər










.jpg)
.jpg)


.webp)





















