Qırmızı.az
Ramiz Mehdiyev istefa verməlidir - Səttar Möhbalıyev
AMEA-nın prezidenti Ramiz Mehdiyev özünü çox çətin və çıxılmaz vəziyyətə salıb. Hər gün tənqid girdabında çabalayır. Onu da deyim ki, bu durumu yaradan Ramiz Mehdiyevin özüdür. Məni düşündürən odur ki, 30 ilə yaxın müddətdə ölkənin hakim komandasında yüksək rəhbər vəzifə tutan Ramiz Mehdiyev niyə özünü bu çətin duruma salıb. Bax, bu, təəccüb doğurur.
Ramiz Mehdiyev səhərdən axşama kimi kimə gəldi acı dilini uzadır. Hətta Milli Məclisin deputatlarını ağır təhqir etməkdən, onlara “troll” damğası vurmaqdan belə çəkinmir. Azərbaycan hökumətilə dialoqa gedən siyasi partiyaları “Cib müxalifəti” adlandırır. Ramiz Mehdiyev uzun illər təmsil olunduğu Azərbaycanın hakim komandası başda olmaqla, hər kəsə savaş açır, həddindən artıq sərt sifarişlər göndərməyə can atır. O, dövrünün bitməsi və qüruba enməsi ilə heç cür barışmaq istəmir. Mən bir deputat kimi buna çox təəssüflənirəm.
Ramiz Mehdiyev Azərbaycanın qanunverici orqanı olan Milli Məclisin deputatları haqqında durmadan qeyri-etik sözlər işlədir və onlara çirkab atır.
Ramiz Mehdiyevin Milli Məclisin ünvanına xoşagəlməz sözlər deməyə, yersiz təhdidlər irəli sürməyə haqqı çatmır. Mənə elə gəlir ki, Ramiz Mehdiyev dirəniş göstərməməli, sabah yox, elə bu gün istefa verməlidir.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında çox ciddi böhran yaşanmaqdadır. Artıq ölkənin bir çox ziyalıları Ramiz Mehdiyevə öz etirazlarını bildirir və Akademiyanın rəhbərliyinin dəyişdirilməsini təkidlə tələb edirlər. Buna görə də o, qeyd-şərtsiz istefa verməlidir. Çünki Ramiz Mehdiyev bu elm məbədini daha da inkişaf etdirmək, Azərbaycan elmini dünyaya daha çox tanıtdırmaq, yeni-yeni elmi naliyyətlər əldə etmək əvəzinə, elm ocağını dedi-qodu, intriqa yuvasına çevirib. Bundan çıxış yolu yalnız onun istefasından keçir. İnanırıq ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq.
Səttar Möhbalıyev
AHİK-in sədri, Milli Məclisin deputatı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

































.jpg)
.jpg)
