Qırmızı.az
"Omikron"un yeni versiyası daha sürətli yoluxma qabiliyyətinə malikdir - ÜST
"Hazırda bir çox Avropa ölkələrində koronavirusla yoluxma sayında artım müşahidə olunur. Bu da bir daha onu göstərir ki, pandemiya hələ də davam edir".
Publika.az Report-a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
ÜST rəsmisi bildirib ki, xüsusilə Şərqi Avropa ölkələrində yoluxmaların artma səbəbi "Omikron" ştamı ilə əlaqəli ehtimal edilir: "Hətta həmin ştamın B1 və B2 versiyaları da yaranıb. B2 versiyası isə daha sürətli yoluxma qabiliyyətinə malikdir. Yüksək risk qrupuna aid olan şəxsləri, eləcə də 65 yaş üzəri olanlar, səhiyyə işçilərini qorumaq mütləqdir. Karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq qapalı məkanlarda maska taxılması önəmlidir".
H.Harmancı əlavə edib ki, Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48 %-dən çoxdur:
"Bu, yaxşı hal olsa da, hədəfimiz 70 %-in üzərindədir. Ümid edirəm ki, bu günə qədər peyvənd vurdurmayan şəxslər də vaksin vurduracaqlar. Son günlər ölkədə yoluxma və ölüm saylarında ciddi azalma nəzərə çarpır. Lakin hələ də pandemiya şəraitində yaşayırıq".
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı












.webp)






















