Qırmızı.az
Uşaq bağçalarında kurikulum ləğv edilib? - RƏSMİ
“Təhsil naziri Emin Əmrullayevin əmri ilə təsdiqlənən “Məktəbəqədər təhsil proqramı (kurikulum)” 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsi deməkdir”.
Publika.az xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdiri xatırladıb ki, hər dəfə yenilənən proqram əvvəlkinin qüvvədən düşməsi anlamına gəlir: "Bu, ümumilikdə uşaq bağçalarında kurikulumun ləğv edilməsi demək deyil, sadəcə bunun yenilənməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması anlamına gəlir. Uşaq bağçalarında təhsil komponenti qayğı komponenti qədər vacibdir. Bəzən anlaşılmazlıq yaranır ki, 1 yaşlı körpələr tədrisə necə cəlb oluna bilər?! Qeyd edim ki, uşaq bağçalarında bütün öyrənmə fəaliyyətləri oyunlar vasitəsilə həyata keçirilir".
V.Yaqublu əlavə edib ki, əvvəlki proqramdan fərqli olaraq yeniliklər də olub: "Misal olaraq, yeni proqramda inkişaf sahələri dəqiqləşdirilib, uşaqlara hər yaş üzrə veriləcək vacib bacarıqların standartları müəyyənləşdirilib. Təsdiqlənən yeni proqram universal olduğu üçün həm dövlət, həm bələdiyyə, həm də özəl təhsil müəssisələri üçün keçərlidir".
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)

















.jpg)

.jpg)
