Qırmızı.az
TƏBİB: Digər məhdudiyyətlər də aradan qaldırılacaq
Ötən gün Operativ Qərargah tərəfindən ölkəmizə daxil olan bütün şəxslər üçün PCR testi ilə bağlı tələblər açıqlandı. COVID-19-la bağlı tələblər növbəli şəkildə aradan qaldırılır.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, PCR testlərinin ləğvi həm də ölkəmizdə COVID-19 infeksiyasının yayılması tezliyi ilə tənzimlənən bir haldır: "Bir çox məhdudiyyətlərin aradan qaldırılması müvafiq qurumlar tərəfindən dəyərləndirilir və bundan sonra həyata keçirilir. Ümid edirəm ki, çox yaxın vaxtda verilən təkliflər barədə də qərar veriləcək və digər məhdudiyyətlər də aradan qaldırılacaq".
Vüqar Qurbanov qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı ən effektiv tədbirlər həyata keçirən ölkələrdən biridir: "Buna görə də sağalma faizi ən yüksək, ölüm faizi isə ən aşağı səviyyədədir. Bununla bağlı bütün tədbirlər həyata keçirilir. COVID-19 pandemiyası ölkəmizdə tam nəzarət halındadır. Qərarlar qəbul olunan zaman sağalma və ağırlaşma vəziyyətləri nəzərə alınır. Biz həm tibb müəssisələrində, həm də evdə müalicə alan xəstələrlə bağlı hazırlıqlı vəziyyətdəyik".
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı




















.jpg)













