“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
Bizi izləyin

Dünya

“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

“Dünyanın sonu”na sayılı günlər qalıb? -  13 noyabr iddiasının elmi izahı

Sosial şəbəkələrdə 13 noyabr 2026-cı ildə dünyanın sonunun gələcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, bu barədə “Science Daily” nəşri məlumat yayıb.

Bildirilib ki, bu fikirlərin əsasında qiyamət proqnozu deyil, 1960-cı ildə ABŞ-da aparılmış elmi araşdırma dayanır.

İllinoys Universitetinin fiziki Heinz von Foerster və iki tədqiqatçı həmkarı dünya əhalisinin gələcək artımını riyazi model əsasında araşdırıblar.

Hesablamalara görə, əhali artımı həmin dövrdəki sürətlə heç bir yavaşlama olmadan davam etsəydi, 13 noyabr 2026-cı ildə insan sayının nəzəri olaraq sonsuzluğa yaxınlaşması mümkün olardı.

İllər keçdikcə bu nəticə fərqli şəkildə şərh edilərək dünyanın sonuna dair proqnoz kimi təqdim olunmağa başlayıb. Lakin alimlərin məqsədi qiyamət tarixini müəyyənləşdirmək deyil, nəzarətsiz əhali artımının yarada biləcəyi problemlərə diqqət çəkmək olub.

Birləşmiş Millətlər Təşkilatının proqnozlarına əsasən dünya əhalisinin 2080-ci illərin ortalarında təxminən 10,3 milyarda çataraq pik həddə yüksələcəyi, daha sonra isə tədricən azalacağı gözlənilir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm