Qırmızı.az
Azərbaycan ukraynalı qaçqınlar üçün növbəti dəfə humanitar yardım göndərdi - YENİLƏNDİ
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaşanan böhran nəticəsində Moldovaya yola salınan humanitar yardımla bağlı məlumat yayıb.
XİN-dən Publika.az-a bildirilib ki, Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən, təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bugün Moldovaya yola salınıb.
Məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə 15 aprel saat 10:00-da Moldova və Ukraynanın ölkəmizdəki diplomatik nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart tarixlərində Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21.5 milyon manat olan (11,5 milyon avrodan artıq) 520 tona yaxın humanitar yardım göndərilib.
xxx
Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bu gün Moldovaya yola salınıb.
Publika.az xəbər verir ki, məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə 15 aprel saat 10:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart tarixlərində Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21.5 milyon manat məbləğində (11,5 milyon avrodan artıq) 520 tona yaxın humanitar yardım göndərilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov jurnalistlərə deyib ki, Azərbaycan hökuməti hərbi əməliyyatlarla bağlı əziyyət çəkən Ukrayna vətəndaşlarına yardım məqsədilə üçüncü dəfədir ki, humanitar yardım göndərir.
Onun sözlərinə görə, yardım tibbi ləvazimatlar və dərman vasitələrindən ibarədir: "Budəfəki yardımın təqdimat yeri Moldova Respublikasıdır. Ukraynadakı müharibənin fəsadlarından əziyyət çəkən və Moldovada məcburi şəkildə müvəqqəti yaşayan Ukrayna vətəndaşlarına yardım göstərilir. Azərbaycan müharibənin fəsadlarını çox uzun müddətdir çəkən ölkələrdən biridir və müharibədə əziyyət çəkən vətəndaşlara hansı ölkədə olmasından asılı olmayaraq dövlətimiz daima dəstək olmağa çalışır. Yardımlar ehtiyac olacağı təqdirdə davamlı şəkildə göndəriləcək".
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var










.png)














.jpg)
.jpg)





