Qırmızı.az
Azərbaycanda bu şəxslər də pensiya alacaq
Aprelin 19-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 6 məsələ daxil edilib.
Publika.az">Publika.az xəbər verir ki, komitə sədri qeyd edib ki, gündəliyin birinci məsələsi - “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsidir.
Qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Humanitar məsələlər üzrə qanunvericilik sektorunun əməkdaşı Seymur Əşrəfli bildirib ki, qanun layihəsi onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququnu müəyyənləşdirir.
Layihə “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələrinə uyğunlaşdırma xarakteri daşıyır və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Layihə barədə fikirlərini bildirən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev diqqətə çatdırıb ki, dəyişikliyə əsasən, “Onkoloji yardım haqqında” Qanunun onkoloji xəstələrin sosial müdafiəsinə dair 9-cu maddəsi və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun bu xəstəliyə tutulmuş şəxslərin sosial müdafiəsinə dair 9-cu maddəsi yeni redaksiyada veriləcək.
İclasda deputatlardan Rəşad Mahmudovun və İlham Məmmədovun fikirləri dinlənildikdən sonra layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)

















.jpg)
.jpg)
