Qırmızı.az
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi - FOTO
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov dünən və bu gün Göyçay Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Publika.az xəbər verir ki, daxili işlər naziri Rayon Polis Şöbəsinin inzibati binasında Göyçay, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Mingəçevir şəhər və rayonlarının 84 sakinini qəbul edən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.
Qəbuldan sonra daxili işlər naziri, general-polkovnik V.Eyvazov Göyçay, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Mingəçevir şəhər və rayonlarının polis rəisləri ilə əməliyyat müşavirəsi keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə dair konkret tapşırıqlarını verib.
Daha sonra general-polkovnik V.Eyvazov Göyçay Rayon Polis Şöbəsində bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Tədbirdə ətraf şəhər və rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Daxili işlər orqanlarında xidmətə qəbulun şərtlərinə uyğun gələn 143 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 44-ü Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO










.png)
.jpg)

.png)






















