"Hətta əxlaqlılar o dərəcədə güclü əsər yaza bilməyiblər" - SORĞU
Bizi izləyin

Qırmızı.az

"Hətta əxlaqlılar o dərəcədə güclü əsər yaza bilməyiblər" - SORĞU

Publika.az">Publika.az "Ədəbiyyat və əxlaq" mövzusunda yazıçılar arasında sorğu keçirib.

Əxlaq nədir? Bu mövzunun ədəbiyyat ilə əlaqəsi nədir? Əxlaqı zəif şəxs ədəbiyyatçı ola bilərmi?

Mən bilirəm, əxlaq haqqında Nizami Gəncəvi də, hətta ondan əvvəl də elə sözlər deyilib, yazılıb ki, daha bu haqda danışmaq da əxlaqsızlıq hesab oluna bilər. Deyilə bilər ki, "Nizami babamız bu haqda fikir deyən yerdə biz kimik ki, bu haqda danışaq". Amma tarix acımasızdır. O, coğrafi ərazilərin sərhədlərini dəyişdiyi kimi, əxlaqın da sərhədlərini dəyişir. Sərhədi dəyişilən hər şey haqqında isə danışmaq labüd, hətta vacibdir.

İndi Qərb əxlaqı deyir ki, babanın yanında uzanıb, ayaqlarını qaldıra bilərsən. Şərq əxlaqı deyir ki, babanın yanında ədəbli otur, sözünü kəsmə. Ədəbiyyatın isə bölünmə olaraq Şərqi, Qərbi olsa da, mahiyyət etibarilə belə bir bölünməsini düşünə bilmirəm. Belə çıxır ki, Qərbdə yazıçı yaxşı yazıçı deyil, Şərqdə yaxşı yazıçıdır. Ümumi etik qaydalar ilə əxlaq fərqli anlayışlardır. Etika ümumbəşəri normadır, əxlaq isə bir coğrafiyaya aid olan standartdır.

Ədəbiyyatda da fikirlər var ki, ədəbiyyatçı əxlaqlı olmalıdır. Digər fikir isə belədir ki, əxlaqın ədəbiyyata aidiyyəti yoxdur.

Ədəbiyyat adamına əxlaq kateqoriyasından yanaşmaq, onu qiymətləndirmək nə qədər doğrudur? Yazıçılar da bu haqda öz fikirlərini bizimlə bölüşdülər.

İlqar Rəsul:

"Əxlaq şəxsi keyfiyyətdir. O, sonradan da formalaşa bilir. İnsan əxlaqlı insanlarla təmasda olur və özündə bunu formalaşdırır. Amma yaradıcı adamdan belə keyfiyyətlər, standartlar gözləmək doğru deyil. Əxlaqlı və ya əxlaqsız olmaq yaradıcılığa nə stimul verir, nə də mane olur. Yaradıcılıq bu cür keyfiyyətlərdən əziyyət çəkmir. Bu, başqa prosesdir. Hansısa hüdudla yaradıcılıq məhdudlaşmır. Elə yaradıcı insanlar var ki, onların əxlaqı yox dərəcəsində olub, amma əsərləri çox gözəl olub. Hətta əxlaqlılar o dərəcədə güclü əsər yaza bilməyiblər. Bəzən əxlaqsızlıq onlara möhtəşəm əsər yazmağa kömək edib, onları o situasiyaya salıb və elə əsərlər yazıblar. Bu, hər sənət sahəsinə aiddir. Belə məhdudlaşdırmalar yaradıcılığa mane olar, nəinki stimul verə bilər".

src="/storage/files/upload/ccbd690aca7ff0a028ecfc7a704b660d1e05c9bd.jpg" style="width: 396px; height: 576.84px;" class="fr-fic fr-dib">

Yazıçı, şair, jurnalist Rəvan Cavid:

"Birincisi, mənə görə, əxlaq insanlara sonradan diktə edilmiş anlayışdır. Biz təbiətcə mədəniyyətdən və əxlaqdan uzağıq. Cəmiyyətlər, şəhər dövlətləri yarandıqca qondarma mədəniyyət anlayışı da yarandı. Bu gün insanların arasında, ictimai mühitdə özümüzü müəyyən etik qaydalarla çərçivələməyimiz əsrlərin qazandırdığı instinktdən başqa bir şey deyil. İkincisi, əxlaq, mədəniyyət və tərbiyə anlayışı fərdlərə görə dəyişir. Mənim əxlaqlı hesab etdiyim kimsə kiməsə görə əxlaqsızdır. Və yaxud mənim normal hesab etdiyim hərəkət kiməsə görə tərbiyəsizlikdir. O ki qaldı sənət adamlarına, sənət yaşadığımız reallığa alternativ bir müstəvi olduğu üçün bu dünyanın qanunları, əxlaq alqoritmləri orada "keçmir". Sənətçi isə cəmiyyətdə özünü necə rahat hesab edirsə, o cür davranır. Təəssüf ki, hələ də sənətçinin şəxsi keyfiyyətlərinə yox, sənətə qiymət verməyi bacarmamışıq. Həmişə qeybət janrı gəlib sənətin önündə dayanıb. Buna baxmayaraq, illər keçəcək və yerdə qalan sənət nümunələri olacaq, kiminsə əxlaq göstəriciləri yox".

src="/storage/files/upload/2d1abd5f681de7f22b7135256e05b9cdf84d86d1.jpg" style="width: 422px; height: 418.047px;" class="fr-fic fr-dib">

Yazıçı Xəyyam Rəfili:

"Hər şey bizim əxlaq deyəndə nəyi nəzərdə tutduğumuzdan, əxlaq sözünün içinə hansı mənaları doldurduğumuzdan asılıdır. Bir rahibin əxlaq anlayışı ilə bir rəqqasın və ya artistin əxlaq anlayışları fərqli sərhədlərə sahibdir. Söz əhlinin də öz sərhədləri olan əxlaqı olmalıdır. Yazıçı və şair üçün bu sərhədlər mübahisə predmeti ola bilər, əxlaqsız insan isə heç bir dəyər yarada bilməz. Çünki əxlaqsız insan asanlıqla hər şeyə və hər kəsə xəyanət edə bilər. Öz əqidəsinə belə xəyanət etmək potensialı hər zaman mövcuddur. Yaxşı qələm şəxsiyyətlə birləşəndə daha böyük olur".

src="/storage/files/upload/479b8757245eb542e8fa1addc7d52291ef7f5681.jpg" style="width: 430px; height: 368.367px;" class="fr-fic fr-dib">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm