Qırmızı.az
Bakı Metropoliteni bu gündən yay qrafikinə keçdi
“Artıq bu gündən havaların isti keçməsi ilə əlaqədar metrostansiyalarda havalandırma sistemləri işə salınıb və yay qrafikinə keçidə start verilib”.
Bunu Publika.az">Publika.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, metroda yay qrafiki 2018-ci ildən tətbiq olunur: “Ona qədər il ərzində iki dəfə dəyişdirilib. Bunun müsbət nəticələrini biz ötən müddət ərzində əyani şəkildə müşahidə etdik. Çünki Bakının iqlimi nəqliyyat vasitəsi kimi metronun da mikroiqlim şəraitinə öz təsirlərini göstərir. Bu səbəbdən konkret qrafikin tətbiq olunması ilə yanaşı, davamlı şəkildə monitorinqlər aparılır”.
B.Məmmədov əlavə edib ki, Metropoliten rəhbərliyi davamlı şəkildə Bakının dəyişkən iqlim şəraitini nəzərə alaraq havalandırma qrafikində müvafiq dəyişikliklər edir: “Bütün bunlar havanın hərarətindən, rütubətliliyin səviyyəsindən asılı olaraq tətbiq olunur. Ümumilikdə hazırda yay qrafikinə keçilib və həmin qrafik tətbiq edilir. Lakin fəsil boyu yenə də hava göstərciləri əsas götürüləcək”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
