Qırmızı.az
Qızını öldürən qadının azadlığa çıxması... Allahdan verilən şans, yoxsa?
Azərbaycanda Müstəqillik Günündə əfv sərəncamı ilə azadlığa qovuşan məhkumlardan biri də 2016-cı ildə 14 yaşlı qızını öldürən Züleyxa Cəfərova idi. Bu, son günlər istər KİV-lərin, istərsə də sosial medianın gündəmini məşğul edən əsas məsələlərdən biri olub.
src="/storage/files/upload/b919821406ef17384eb45b5229412da7bf5106a5.jpg" style="width: 384px; height: 253.935px;" class="fr-fic fr-dib fr-fil">
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Publika.az">Publika.az-a açıqlamasında bildirib ki, bu qəbildən olan cinayətkarlar həbs müddətinin dörddə üçünü yatdıqdan sonra şərti olaraq azadlığa buraxıla bilərlər: “Lakin bu qadın cinayəti törətdiyi zaman cinayət ağır cinayət kateqoriyasında idi, xüsusilə ağır cinayət kateqoriyasında yox. Tutaq ki, həmin qadına 10 il yarım həbs hökmü oxunmuşdusa, təqribən 7 il həbsdə olduqdan ərizə ilə müraciət edə bilər. Bundan sonra onu vaxtından əvvəl şərti azadlığa buraxa bilərdilər. İndisə nəticəyə baxdıqda görürük ki, bu qadın sadəcə vaxtından 1 il öncə azadlığa buraxılıb. Cəza siyasəti elə olmalıdır ki, veriləcək cəza çəkindirici olsun. Onun üçün əfvlər də elə tətbiq olunmalıdır ki, insanlar törətdikləri əmələ dövlət tərəfindən yumşaq baxılacağını düşünməsinlər”.
src="/storage/files/upload/68f3d425eeede1f6788653d761ef56c552ec1238.jpeg" style="width: 383px; height: 262.993px;" class="fr-fic fr-dib fr-fil">
Hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki, bu əfv fərmanını imzalayan cənab Prezident İlham Əliyevdir və bu onun iradəsidir: “Görünür adıçəkilən məhkumun əfv müraciətində yumşaldıcı, islah olunduğu haqqında verilmiş xasiyyətnamələr var ki, cənab Prezident də humanistlik göstərərək həmin qadının peşmançılığını nəzərə alıb və əfv fərmanına onun adını daxil edib. Əslində hər bir şəxsin əfv olunmaq, hər bir şəxsin amnistiyaya düşmək hüququ var. Əfv fərmanına həmin qadının adı düşübsə, bu, Allahdan ona verilən şansdır və bu şansdan yaxşı mənada istifadə etməlidir. Ananın öz övladını öldürməsi çox ağır bir cinayətdir. Lakin bu, ana peşmançılığıdır və ömrünün sonuna kimi bu vicdan yükünü daşıyacaq. Həbsdə olarkən insan dörd divar arasında saxlanılır və nə vaxtsa çıxır. Vicdan həbsindən isə ömrünün sonuna kimi qurtuluş yoxdur. Fikrimcə, bu, daha ağır bir cəzadır”.
src="/storage/files/upload/80b8879f1ba7f77b47494c298ce63dbb81fd5e48.jpg" style="width: 393px; height: 244.97px;" class="fr-fic fr-dib fr-fil">
İlahiyyatçı Elşad Miri isə bildirib ki, kimisə qətlə yetirən insan cəzasını çəkib, peşman olursa, onun əfv fərmanı ilə azadlığa çıxmasında heç bir qəbahət olmamalıdır: “Çünki biz insanın islah olunaraq həyata qaytarılmasına çalışmalıyıq. Əgər, bu şəxs edam olunsaydı, onu geri qaytarmaq mümkün deyildi, bu şəxsi isə qaytarmaq olar. İslam insanların ölməyini deyil, həyatı başa düşüb, dərk edib səhvlərindən nəticə çıxarıb yaşamasını istəyir. İslamda tövbə əslində budur. Bəlkə də o qadın nə vaxtsa elə bir hərəkət edəcək ki, bu əfvi qınayanların özləri belə utanacaq”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.jpg)






















.jpg)

.jpg)