Qırmızı.az
Su itkisinin qarşısı alınmasa... - Sədr müavini
Respublika üzrə ümumilikdə 52 min kilometr suvarma kanalları mövcuddur ki, bunun da təxminən 73 faizi torpaq kanallardır, onlarda itki çox olur. Kanalların bir çoxu uzun illər öncə tikilib. Buna görə təxminən 35-40% həcmdə itkilər baş verir.
Publika.az">Publika.az xəbər verir ki, bunu 5 iyun Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə Taxtakörpü su anbarına təşkil olunan meditur çərçivəsində jurnalistlərin suallarını cavablandıran Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev deyib.
Z.Quliyev regionlarda suvarma kanallarında böyük su itkisinin qarşısının alınması ilə bağlı görülən tədbirlərdən danışıb:
"Su itkiləri təkcə kanallarda deyil, bu gün əkin sahələrində daha çox baş verir. Fermer sahələrində müəyyən hamarlamaların olmaması səbəbindən bir hektarın payına düşən su 3 dəfəyə yaxın, bəzi yerlərdə 2 dəfə artıq suvarma suyu verilir ki, bu da həm su itkisinə, həm də vaxt itkisi ilə nəticələnir. Eyni zamanda torpaqlara da müəyyən mənfi təsirlərini göstərir. Bununla bağlı tədbirlər həyata keçirilir.
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Dövlət Su Komissiyası fəaliyyət göstərir və orada bu məsələlərə ciddi baxılır. 20 adda kanalın beton üzlüyə alınması ilə bağlı faktiki qərar qəbul edilib, artıq layihə işləri həyata keçirilir.
Bundan başqa, çaylar üzərində 10 su anbarının tikintisi məsələsi ilə bağlı texniki-iqtisadi əsaslandırma işləri, layihə sənədləri hazırlanıb həyata keçirilir. Biz bu layihələr icra olunduqca torpaq kanalların beton üzlüyə və daha müasir su kanallarının yaradılmasına nail olacağıq".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
