Qırmızı.az
“Formula 1” yarışları Ağdama köçürülsün - Ekspertdən TƏKLİF
“Vətən müharibəsindən, torpaqlarımız işğaldan azad edildikdən sonra yazmışdım, bu gün də öz fikrimdə qalıram: Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var, ənənəvi büdcə hesabına bərpa modeli effekt verməyəcək, iqtisadi canlanma yaratmayacaq – ancaq büdcə hesabına iqtisadi fürsətlər yaratmaq mümkün olsaydı, ölkənin digər rayonlarında da son 30 ildə inkişaf və iqtisadi canlanma görərdik”.
Publika.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, belə addımlardan biri “Formula 1” yarışlarının Ağdama köçürülməsi ola bilər: “Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar. Bu, həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm də iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı. Eyni zamanda Bakının yükü azalar, şəhər əhalisinin “Formula 1” çiləsinə son verərdi”.
N.Cəfərli əlavə edib ki, yarışlar olmayanda il boyu o trek yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də ağdamlıların ənənəvi avtomobil sevdası yeni xidmətlərin, yeni maşın bazarının yaranmasına səbəb olardı.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
