Qırmızı.az
Fantaziya hamamının sahibinə xəbərdarlıq edildi
"Fantaziya hamamı dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Qanunvericiliyə uyğun olaraq abidənin qorunması, eləcə də bərpa-konservasiya işlərinin aparılmasına nəzarəti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti həyata keçirir".
Bu barədə Publika.az">Publika.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, tarixi abidə xüsusi mülkiyyətdədir:"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Dövlət Xidməti ilə həmin abidələrin qorunması, salamatlığının təmin edilməsi və istifadəsinə dair mühafizə müqaviləsi bağlayır. Belə bir müqavilə Fantaziya hamamının mülkiyyətçisi ilə də bağlanılıb.
Bildiyiniz kimi bir müddət öncə Fantaziya hamamının ətrafı hasarlanmışdı. Orada aparılacaq hər hansı tikinti işləri ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edilmədiyindən iş icraçılarına xəbərdarlıq edilib. İzah edilib ki, mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxslər bərpa konservasiya işləri apararkən, həyata keçiriləcək işlərin layihəsini Dövlət Xidmətinə təqdim etməlidirlər. Bərpa-konservasiya işləri layihə təsdiq edildikdən sonra, mütəxəssislərimizin nəzarəti altında həyata keçirilə bilər.
Tarixi abidədə aparılacaq bərpa-konservasiya işləri haqqında qanunvericiliyin tələbləri detallı şəkildə diqqətə çatdırılıb".
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


