Qırmızı.az
Özüm də, qardaşlarım da kəndimizə QAYIDACAĞIQ - Akif Nağı
İşğaldan azad olunmuş ərazilərlə bağlı eşitdiyimiz xəbərə görə, ilk növbədə hazırkı “təmas xətti”ndə olan kəndlərin bərpasına üstünlük veriləcək.
Bunu Publika.az-a açıqlamasında Qarabağ Azadlıq Hərakatının (QAT) sədri Akif Nağı deyib.
QAT sədri bildirib ki, onlardakı məlumatlar qeyri-rəsmidir: “Çünki Qarabağın bir hissəsi rusiyalı sülhməramlıların nəzarətindədir. İlk növbədə onların nəzarətində olan ərazilərlə təmas xəttində, üzbəüz nöqtələrdə yerləşən kəndlərin bərpası nəzərdə tutulur. Söhbət təkcə Ağdamdan yox, işğaldan azad olunan, “təmas xətti”nə yaxın bütün rayonların kəndlərindən gedir. Mən də öz kəndimizə qayıtmağı, dağıdılmış ata evimizi bərpa etməyi düşünürəm. Özüm də, qardaşlarım da böyük həvəslə kəndimizə qayıdacağıq”.
Akif Nağı bildirib ki, onun doğma kəndi Papravənd də təmas xəttindədir:
“Hələ ki, kəndimizdə ciddi bərpa işləri aparılmır. Müəyyən planlarla bağlı fikirlər səsləndirilir. Bizim kəndimiz həm dağın döşündə, həm də düzən hissədə yerləşirdi. İndi belə bir fikir var ki, dağın ətəyindəki evlər olmayacaq. Kənd tamamilə düzəndə yerləşəcək. Təbii ki, bunların hamısı qeyri-rəsmi məlumatlardır. İcra başçısı və digər rəsmilərlə də söhbət eləmişik. Onların da bununla bağlı konkret bilgiləri yoxdur. Bizdə olan məlumata görə, təklif edilir ki, bir-birinə yaxın olan kəndlər birləşdirilsin. Kənd qəbristanlıqlarının öz yerində qalması, onların bərpası məsələsi də müzakirə olunur. Bizim kəndin qəbristanlığı tamamilə dağılıb. Bir fikir də var ki, qəbristanlıq başqa yerdə salınsın. Bundan sonra dünyasını dəyişənlər də orada dəfn olunsunlar. Digər məsələ, kəndlərin əvvəlki quruluşlarının imkan daxilində saxlanılması ilə bağlıdır”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...






























.jpg)
.jpg)

