Qırmızı.az
Abşeron rayonunda vətəndaş qəbulları keçirildi - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulları keçirilib.
Publika.azxəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan vətəndaş qəbulunda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.
Tədbirdə sakinlər sənədsiz evlərinin sənədləşdirilməsində, işlə təmin olunmada və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
Növbəti gün isə rayonun Digah qəsəbə sakinləri ilə səyyar qəbul-görüş keçirilib. Səyyar qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, digər xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
RİH başçısı hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşlərin keçirildiyini qeyd edərək Digah qəsəbəsində fəasliyyət göstərən məktəb və bağçada sıxlığın müşahidə edildiyini, ona görə də yeni binaların tikintisinə ehtiyacın yarandığını bildirib. Qəsəbənin daxili küçələrinin abadlaşmasının vacibliyini vurğulayan Abdin Fərzəliyev rayon ərazisində görülən işlərdən və bundan sonra atılacaq addımlar barəsində məlumat verib.
Sonra çıxış edən sakinlər qəsəbənin əsas küçəsində piyadalar üçün işıqforun qoyulmasında, yol nişanlarının quraşdırılmasında, qəsəbəni rayon mərkəzi ilə birləşdirəcək marşrut xəttinin açılmasında, o cümlədən mövcud marşrut xəttlərindəki avtobuslararası intervalın azaldılmasında, yeni məktəb və bağça binalarının tikilməsində, movcudlarının isə əsaslı təmir olunmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qəbuldan sonra Abşeron RİH əməkdaşları qəsəbə ərazisində yaşayan 7 şəhid ailəsinin evinə gedərək onları ziyarət edib, qayğıları və problemləri ilə maraqlanaraq öz diqqətlərini göstəriblər.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


