Qırmızı.az
HEQT Mərkəzinin Müşahidə Şurasının Şuşada iclası keçirildi - FOTO
İyunun 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Konstitusiya Məhkəməsi, Milli Məclis və Nazirlər Kabineti nümayəndələrinin iştirakı ilə Şuşada Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) Müşahidə Şurasının genişləndirilmiş formatda ilk əyani iclası keçirilib.
Publika.az">Publika.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli Fərmanı ilə yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin qarşısına qoyulmuş əsas vəzifələr və hədəflər, habelə zəruri təşkilati məsələlər müzakirə edilib.
İclasda HEQT Mərkəzinin yaradılmasının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi islahatların mühüm mərhələsi olması xüsusi vurğulanıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov HEQT Mərkəzinin qarşısında duran vəzifələr barədə ölkə rəhbərliyinin tapşırıqlarını və HEQT Mərkəzinin fəaliyyətindən gözləntilərini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Bundan başqa, iclasda HEQT Mərkəzinin inkişaf istiqamətləri, strateji məqsədləri barədə təqdimat nümayiş etdirilib və müvafiq müzakirələr keçirilib. Müzakirələr zamanı HEQT Mərkəzinin strukturu, iş bölgüsü, onun digər dövlət orqanları və qurumları ilə işgüzar əlaqələrinin qurulması barədə fikir mübadiləsi aparılıb. HEQT Mərkəzinin tabeliyində olan Hüquq və İnsan Haqları İnstitutunun publik hüquqi şəxs statusunda gələcək fəaliyyətinin hüquqi çərçivəsi, fəaliyyət istiqamətləri və daxili strukturu ilkin olaraq müzakirə edilib.
İclasda, eyni zamanda, HEQT Mərkəzinin rəhbərliyinə namizəd şəxslərlə müsahibə keçirilib, Mərkəzin ştatının yüksəkixtisaslı mütəxəssislərdən ibarət olması məqsədilə işə qəbul üçün açıq, şəffaf və rəqabətli müsabiqənin keçirilməsi barədə qərar qəbul edilib. Müsabiqənin şərtləri və keçirilmə qaydası barədə hüquq ictimaiyyətinə və mediaya müvafiq qaydada əlavə məlumat veriləcək.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





