Qırmızı.az
Fəhləlikdən başçıya qədər gedən yol
Bu gün Prezident İlham Əliyev Gəncə şəhəri Nizami rayonuna yeni icra başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, Nizami rayonunun ali postu Nizami Sabir oğlu Hacıyevə həvalə edilib.
Nizami Hacıyev 1961-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olub. 1968-ci ildə Gəncə şəhər 20 nömrəli dəmiryol orta məktəbin birinci sinfinə daxil olub, 1976-cı ildə təhsilini Şəmkir rayonu Nizami adına orta məktəbdə davam etdirib, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.
O, 1978-ci ildə Gəncə şəhəri Çini qablar zavodunda trafaretçi, 1979-cu ilin may ayından sentyabr ayına kimi Şəmkir rayonu Əzizbəyov adına sovxozda fəhlə işləyib.
1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olub, 1984-cü ildə həmin institutu bitirib alim-aqronom ixtisasını alıb, sonradan ADAU-nun ümumi iqtisadiyyat fakültəsini bitirib.
N.Hacıyev 1984-1987-ci illərdə əmək fəaliyyətini Şəmkir rayonu Kirov adına sovxozda davam etdirib, 1987-ci ilin iyulunda AKTİ-nin botanika kafedrasının nəzdində geobotaniki ekspedisiyada mühəndis botanik, 1988-ci ildə botanika kafedrasında stajor-müəllim vəzifələrində çalışıb.
1989-cu ildə aspiranturaya qəbul olub, 1992-ci ildə aspiranturanı bitirib. Həmin vaxtdan botanika kafedrasında laborant işləyib.
1993-cü ildə Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısı aparatında inspektor, həddi-bulluğa çatmayanların işləri üzrə təlimatçı vəzifələrində çalışıb, 1994-cü ilin aprel ayında Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının humanitar məsələlər şöbəsində məsləhətçi, 1997-ci ildə həmin şöbədə böyük məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.
1999-cu ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət şöbəsində böyük referent, 12 may 2003-cü ildən 16 mart 2012-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət bölməsində baş məsləhətçi vəzifəsində çalışıb.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli 2301 №-li sərəncamı ilə “Dövlət qulluğunda fərqlənmyə görə” medalı ilə təltif edilib.
Bu təyinatadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.
Ailəlidir, 3 övladı var.
-
Nəqliyyat16:24Kofe aparatı alışdı, Bakıya uçan təyyarə təcili eniş etdi
-
ABŞ15:08ABŞ-da ermənilərdən ibarət cinayətkar dəstə saxlanıldı - FOTO
-
MDB14:48Bu barədə düşünmək qorxuludur - Lukaşenko
-
İqtisadi gündəm14:30Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
-
Dünya14:22Zəlzələ qurbanlarının sayı 38-ə çatdı - YENİLƏNDİ
-
Nəqliyyat13:52"Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət addımdır" - Ekspert
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür


































