Qırmızı.az
Qəzaya düşən zəvvarlara kompensasiya ödəniləcək
Qəzaya uğrayan zəvvarlara dəymiş zərər ödəniləcək. Publika.az-ın məlumatına görə, bu barədə fins.az saytına "Azsığorta" şirkətindən məlumat verilib.
Məlumata görə, avtobusda olan zəvvarlar fərdi qəza sığortası üzrə sığortalı olub. Qəza ilə bağlı sığorta şirkətinə səhər saatlarında müraciət olunub. Şirkətdən bildirilib ki, qəza ilə bağlı istintaq prosesi yekunlaşandan sonra zərərçəkən sərnişinlərə görə sığorta ödənişi veriləcək.
Məlumat üçün bildirək ki, “İcbari sığortalar haqqında” qanuna əsasən, qəzada həlak olan sərnişinlərin yaxınlarına 5000, zərərçəkən digər sərnişinlərə isə xəsarətlərin dərəcəsindən aslı olaraq 750 manatdan 4000 manata qədər kompensasiya verilməlidir.
Qeyd edək ki, otyabrın 13-də Biləsuvar rayonunda zəvvarları aparan avtobus qəzaya uğrayıb. Nəticədə 3 sərnişin aldığı xəsarətlərdən vəfat edib. 5 nəfər ağır xəsarət alıb, bir nəfərin isə qabırğaları qırılıb. Digər zəvvarlar isə yüngül xəsarət alıb. Əlavə edək ki, İranın Məşhəd şəhərinə ziyarətə gedən avtobusun 34 sərnişini Neftçala rayon, bir nəfər qadın isə Astara rayon sakinləridir.
İlkin ehtimala görə, qəzaya səbəb iranlı sürücünün sükan arxasında yuxulaması olub.
Faktla bağlı araşdırma aparılır.
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO





































