Qırmızı.az
Bilik Fondu ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı
Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təqdimatı olub. Fondun İnformasiya Təminatı sektorundan Publika.az-a verilən məlumata görə, BSU-nun rektoru Asif Hacıyev Bilik Fondunun əməkdaşlarını universitetdə salamlamaqdan məmnun olduğunu deyib.
Tədbirdə tələbə və müəllim kollektivinə Bilik Fondunun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr haqqında film nümayiş olunub.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qurumun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə gələcək əməkdaşlığın mümkün formaları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində, o cümlədən regionlarda azərbaycançılıq məfkurəsinin təbliğində, əhalinin maarifləndirilməsində, gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil bilgilərinin artırılmasında tələbələrin, gənc alim və mütəxəssislərin Fondla birgə fəaliyyətinin qurulması vacibdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Təqdimat mərasimində Bilik Fondunun Himayəçilik Şurasının üzvü, millət vəkili, professor Sahibə Qafarova da iştirak edib.
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO





































