Qırmızı.az
Komitə sədri: Azərbaycanda dini radikal qrupların arxasınca gedən yoxdur
"Azərbaycanda dini radikal qrupların mövcud olduğu bəllidir. Lakin bütövlükdə bu qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyillər".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib.
Komitə sədri bildirib ki, bu qrupların ölkədə sosial dayaqları yoxdur. Səbəb isə dini radikal qrupların Azərbaycana gətirərək təbliğ-təşviq etmək istədikləri "ideyalar"ın xalqımıza, cəmiyyətimizə xas olmamasıdır.
Komitə sədri hesab edir ki, əslində, dini-radikal qrupların meydana gəlməsi İslam dininin özünə, islam dünyasına ziyan vuran məsələdir.
“Yəni onların ortaya qoyduqları fəaliyyət bütövlükdə İslam dəyərlərinə ziddir. Bu fəaliyyət müsəlman dövlətlərində qarşıdurmalara gətirib çıxarır. Dini radikal qrupların təhlili göstərir ki, bu qrupların yaradılmasında məqsəd müəyyən siyasi və geopolitik maraqları həyata keçirmək məqsədi daşıyır. Dini radikal qruplar hansı islam ölkəsində yaranırsa, orada biz müəyyən qarşıdurmaları, silahlı münaqişəni görürük. Ona görə də, xalqımız bu cür qrupların təbliğinə qarşıdır, onun aradan qaldırılmasında cəmiyyətimiz vahid şəkildə iştirak edir və burada bizim ənənəvi islami dəyərlərin daşıyıcıları olan məscidlərimiz, dini icmalarımız yaxından iştirak edirlər”, - deyə o bildirib.
M.Qurbanlının sözlərinə görə, müəyyən dini radikal qrupların cəhdlərinə baxmayaraq, onların arxasınca gedən yoxdur.
“Əlbəttə, bəzən ayrı-ayrı faktlar üzə çıxır, radikal qrupların təşviqi ilə Azərbaycandan kənara gedərək hansısa ölkənin ərazisində silahlı birləşmələrə qatılanlar var. Amma bunlar tək-tək faktlardır. Bu hadisələr ümumi cəmiyyətə şamil edilə bilməz”.
“Dini radikal qrupları yalnız islama aid etmək düzgün olmazdı”
deyən Komitə rəsmisi qeyd edib ki, dini radikal qrupların xristian,
islam, buddist, iduaist olmasından asılı olmayaraq, təzahür etməsi
yolverilməzdir və onlarla kəskin mübarizə getməlidir.
“Bəzən Qərb mətbuatında dini radikalizmdən və terrordan
danışarkən bunu islama bağlamağa cəhd edirlər. Bu da İslam dinini
gözdən salmaq üçün aparılan təbliğatlardan biridir. İslam dini
müqəddəsdir və onun əsas mahiyyəti də sülhdür, dostluqdur və
insanları doğru yola çağırır. İslam terrordan uzaq bir dindir.
İslam dini adı altında terrora rəvac verənlər isə nəticə etibarilə
bu dinə qarşı olanlardır. Çünki bütün bunlar islamı gözdən salmağa
yönələn addımlardır. Həmin radikal qrupların "fəaliyyətinin"
nəticəsidir ki, biz bu gün İraqda, Suriyada qarşıdurma, qan
tökülməsi ilə müşayiət olunan qırğınları görməkdəyik. Həmin
qrupların, xüsusilə İŞİD-in terror fəaliyyəti əslində, bütövlükdə
İslam dünyasına ziyan vurmaqdan başqa bir şey deyil. Əgər biz
islamın yayılma coğrafiyasına nəzər salsaq, bu dinin çox sürətlə
yayıldığını, geniş əraziləri əhatə etdiyini deyə bilərik. Xüsusilə,
20-ci əsrdə dünyada ideoloji böhran yaşandıqda, Qərb ölkələrində
insanların İslam dininə üz tutduğunu görə bilirdik. Və islamı qəbul
edənlərin sayı Qərb dünyasında artmaqda idi. İndiki şəraitdə İŞİD
kimi terrorçu qrupların meydana gəlməsi, «islam» adı altında terror
hərəkətləri bu dini qəbul etmək istəyən insanları çəkindirir. Ona
görə də bu cür hərəkətlər bütövlükdə islama zərbə vurur”.
Azərbaycanda bu qrupların dayağının olmadığını vurğulayan M.Qurbanlı hesab edir ki, milli təhlükəsizlik və digər müvafiq qurumlarımız, həm də cəmiyyətimiz bu zərərli cərəyanların yayılmasına qarşıdır və bu yöndə lazımi səviyyədə işlər görülür.
“Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və belə qruplara
bu cəmiyyətizdə yer yoxdur”.
-
Dünya16 Yanvar 23:15Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdır
-
Sosial16 Yanvar 22:46Müəllimlərə ŞAD XƏBƏR
-
İKT16 Yanvar 20:48“X”in fəaliyyəti bərpa olundu - YENİLƏNDİ
-
Magazin116 Yanvar 19:50Bakıda yaşayan "Kurtlar Vadisi"nin aktyoru yeni görünüşü ilə diqqət çəkdi - FOTO
-
Elm və təhsil16 Yanvar 19:20MİQ-də iştirakın ödənişli olması ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Sosial16 Yanvar 19:10Azərbaycanda bu işçilərin geyim normalarına dəyişiklik edildi - FOTO
-
Sosial16 Yanvar 18:40Alimentlə bağlı YENİ NORMALAR müəyyənləşdi
-
Dünya16 Yanvar 18:00ABŞ İrandakı təxribatçılar üçün büdcə ayırıb - Bir şəxsin öldürülməsi 3500 dollar








.jpg)







.jpg)

















