Qırmızı.az
Azərbaycanla Özbəkistan arasında iki sənəd imzalandı
Bu gün Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Zohid Dusano arasında görüş olub.
Teleqraf.com-un xəbərinə görə, Aydın Əliyev görüşün iki ölkənin gömrük münasibətlərini genişləndirilməsində əhəmiyyətli olacağını deyib: “Bu, həm də iki ölkə arasında mövcud vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Ölkələr arasında ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir. Bu potensialı daha genişləndirmək üçün geniş imkanlar var”.
Gömrük xidməti sahəsində son illərdə əldə edilən nailiyyətlər barədə danışan Aydın Əliyev qonağı gömrük-keçid məntəqələrində yaradılan şəraitlə əyani tanış olmağa dəvət edib. Özbəkistanın gömrük struklarında görülən işlərlə bağlı həmkarına geniş məlumat verən Zohid Dusanov bildirib ki, Özbəkistanda gömrük bəyannamələrinin 98 faizi elektron formatda təqdim olunur: “Bütün gömrük məntəqələri avtomatlaşdırılıb. Avtomobil yüklərinin 93 faizi dünyanın tanınmış şirkətlərinin avadanlıqlar tərəfindən yoxlanılır”.
Qonaq Azərbaycanla Özbəkistan arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu bildirib: “Biz iki ölkə arasında qaçaqmalçılıq və kontrafakt məhsullarının mübadiləsi, gömrük bəyannamələrinin doldurulması ilə bağlı əməkdaşlıqda maraqlıdır”.
Aydın Əliyev Azərbaycan Gömrük Akademiyası barədə geniş məlumat verib və qonağı gələn il Bakıda baş tutacaq Gömrük Universitetlərinin konfransında iştiraka dəvət edib. Sonda Azərbaycanla Özbəkistan arasında iki sənəd imzalanıb.
Birinci sənəd Azərbaycan və Özbəkistan dövlət gömrük xidmətləri arasında dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin ilkin məlumat mübadiləsinin təşkili haqqında protokoldur.
İkinci sənəd isə 2015-2016-cı illərlə bağlı hər iki ölkənin gömrük xidmətləri arasında Fəaliyyət Planı ilə bağlıdır.
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO





































