Qırmızı.az
Qənirə Paşayeva paytaxt Komratda Qaqauz türkləri gənclərinə səslənib
Millət vəkili Q.Paşayeva Moldovada Qaqauz yerinin paytaxtı Komratda ilk öncə bölgənin rəhbəri Sarı İvan Konstantinoviç ilə görüşüb. Komrat bölgəsinin rəhbəri bölgə barədə geniş bilgilər verərək, dost Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafında, Azərbaycanın bölgələri ilə əməkdaşlığın genişlənməsində çox maraqlı olduqlarını deyib.
Millət vəkili Q.Paşayeva Komrat bölgəsinin rəhbəri Sarı İvan Konstantinoviç, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri və özəlliklə gənclərlə görüşündə Azərbaycanla bağlı, özəlliklə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə geniş məlumatlar verərək deyib ki, Qaqauz türkləri gəncləri Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi istiqamətində əllərindən gələn dəstəyi əsirgəməməli və həm öz ölkələrində həm də sosial medianın imkanlarından istifadə edərək hər yerdə bu kimi məsələlərdə qardaş Azərbaycanın və ədalətin yanında olmalıdırlar. Biz qardaş-bacılarıq və birimizin acımız hamımızın acısı, birimizin sevinci hamımızın sevinci olmalıdır. Millət vəkili Azərbaycan bölgələri ilə Komrat arasında əməkdaşlığın genişlənməsi ilə bağlı böyük potensial olduğuna dair bölgıə rəhbərinin fikirləri ilə razılaşaraq əməkdaşlığın getdikcə genişlənəcəyinə inandığını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Komrat bölgəsinin rəhbəri Sarı İvan Konstantinoviçə, ictimai fəallara, KİV rəhbər və təmsilçilərinə, gənclərə rəhbərlik etdiyi “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımıza dair kitablar, filmlər, materiallar və eyni zamanda Azərbaycan mədəniyyətinə dair materiallar da təqdim edib və Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Komrat bölgəsinin rəhbəri Sarı İvan Konstantinoviç dəvəti məmuniyyətlə qəbul edərək Azərbaycanı yaxından görməkdən məmun olacağını bildirib.
Millət vəkili Q.Paşayeva Komrat bölgəsinə səfəri çərçivəsində KİV nümayəndələri ilə görüşüb və Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar,müsahibələr verib. O, Komrat bölgəsində Qaqauz İncəsənət Qalareyasını, Atatürk adına kitabxana və incəsənət zalını, həmçinin bölgədəki tarixi, arxeoloji, mədəniyyət muzeylərini ziyarət edib, muzeylərə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərii ilə bağlı kitablar, materiallar, sənədli filmlər təqdim edib.
-
Nəqliyyat16:24Kofe aparatı alışdı, Bakıya uçan təyyarə təcili eniş etdi
-
ABŞ15:08ABŞ-da ermənilərdən ibarət cinayətkar dəstə saxlanıldı - FOTO
-
MDB14:48Bu barədə düşünmək qorxuludur - Lukaşenko
-
İqtisadi gündəm14:30Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
-
Dünya14:22Zəlzələ qurbanlarının sayı 38-ə çatdı - YENİLƏNDİ
-
Nəqliyyat13:52"Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət addımdır" - Ekspert
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür


































