Qırmızı.az
Azərbaycanlı girovların geri qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət olunub
Azərbaycan Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda 2014-cü ilin iyul ayında girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması üçün bir sıra nüfuzlu beynəlxalq təşkilatlara müraciət edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti D.Əsgərovun və Ş.Quliyevin azad edilməsi istiqamətində işləri davam etdirir.
Hazırda qeyri-qanuni olaraq müxtəlif cinayətlər törətməkdə günahlandırılan və qeyri-insani rəftara məruz qalan D.Əsgərov və Ş.Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi və beynəlxalq konvensiyalara zidd olaraq onlara qarşı qurulmuş məhkəmə prosesinin dayandırılması məqsədilə Azərbaycan Baş nazirinin müavini Əli Həsənov bir sıra beynəlxalq nüfuzlu təşkilatların rəhbərlərinə, o cümlədəın Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Piter Maurerə, BMT-nin baş katibi Pan Gi Muna, BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşə, BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Raad əl-Hüseynə, Avropa Komissiyasının vitse-prezidenti xanım Vivian Redinqə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və ATƏT-in baş katibi Lamberto Zannierə rəsmi müraciətlər ünvanlayıb.
Həmin müraciətlərdə bütün müvafiq beynəlxalq təşkilatlar yaranmış problemin həllinə köməklik göstərməyə çağırılır.
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO

























.jpg)









.jpg)

